CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternetdən şikayət etməyin - İKTA-nın keyfiyyətin ölçülməsi sistemi yox imiş - EKSKLÜZİV

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidİnternet şəbəkəsi, arxiv şəkli
İnternet şəbəkəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.06.2023
Abunə olmaq
Eksklüziv
İnternetin baha olmasının əsas səbəblərindən biri də onu xaricdən ölkəyə gətirən şirkətlərin sayının 2 olması və topdan satış dəyəridir.
BAKI, 18 iyun — Sputnik. Cari ilin yanvar ayından başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) elektron sistem vasitəsilə ölkədə fəaliyyət göstərən internet operator və provayderlərin mərhələli olaraq uçota alınmasına başlayıb. Yanvar-iyun ayları ərzində 115 internet operator və provayder, o cümlədən host provayder uçota alınıb. Uçota alma “Elektron hökümət” portal vasitəsilə həyata keçirilib. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, uçota almanın məqsədi telekom bazarının mövcud durumunu təhlil etmək, bu sahənin hesabatlılıq səviyyəsini öyrənməkdən ibarətdir:

"Əldə olunacaq nəticələr və onların təhlili tənzimləmə imkanlarının genişləndirilməsində, genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunacaq. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayacaq".

İnternetin sürəti qiymətə uyğundurmu?
Agentlikdən bildirilib ki, İKTA tənzimləyici qurum olaraq Azərbaycanda internetin sürəti ilə bağlı müxtəlif işlər aparır:
"Artıq bir neçə aydır ki, qurum tərəfindən xidmət keyfiyyətinin ölçülməsi üzrə keyfiyyət göstəriciləri hazırlanır. Həmçinin sahə ölçmələrinin aparılması məqsədilə müxtəlif tərəfdaş beynəlxalq məsləhətçi şirkət (qurum) təkliflərinin qiymətləndirilməsi aparılır. Bura həmçinin sürətin ölçülməsi üzrə testlərin həyata keçirilməsi də daxildir. Hazırda, bazar iştirakçılarından xidmət istifadəçilərinin sayı, istifadə olunan xidmətin sürəti və s. məlumatların toplanılması istiqamətində işlər davam etdirilir. Bu proses başa çatdıqdan sonra tənzimləyici qurum internet provayder və operatorların təklif etdiyi internetin sürətinin qiymətə uyğun olub-olmaması barədə rəy verə biləcək".
İnternetin baha olmasının əsas səbəblərindən biri də...
Agentlikdən bildirilib ki, ölkəmisdə internetin baha olmasının əsas səbəblərindən biri də onu xaricdən ölkəyə gətirən şirkətlərin sayının 2 olması və topdan satış dəyəridir.
CC0 / Photo-Mix / internetInternet
Internet - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Internet
Bəs qiymətin aşağı salınması necə, düşünülürmü?
Agentlikdən bildirilib ki, istənilən kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə və rəqabətə gətirib çıxarır:
"Aztelekom” MMC-nin uzun illərdir ki, 3-cü magistral (backbone) kimi fəaliyyətə başlaması üçün lisenziyası mövcuddur. Tənzimləyici qurum hesab edir ki, Azərbaycanın internet bazarına ölkəni beynəlxalq internet şəbəkəsinə bağlayan 3-cü "backbone" internet provayderinin daxil olması internetin topdansatış qiymətlərinin sağlam rəqabət əsasında formalaşmasına, eləcə də seçim və əlçatanlığın təmin olunmasına töhfə verəcək".

"Ümumiyyətlə, Azərbaycanda internet xidməti göstərən operator və provayderlər tərəfindən göstərilən xidmətlərin tarifləri şəffaf, göstərilmiş xidmətlərə çəkilmiş faktiki xərclər əsasında müəyyən edilməlidir. Yəni, tariflər (qiymətlər) xərc əsaslı olmalıdır. Bunun üçün isə telekommunikasiya xidmətləri üzrə operator və provayderlərin gəlir və xərclərinin uçotunun ayrı-ayrılıqda aparılmasına zərurət yaranır", - deyə o əlavə edib.

Provayderlərlə bağlı şikayətlərə necə son qoymaq, necə sürətli və keyfiyyətli internet almaq olar?
İKTA bəyan edir ki, internet provayderlərlə bağlı şikayətlərin azaldılması məqsədilə gələcəkdə xidmət istifadəçiləri üçün nəzərdə tutulmuş vahid elektron şikayət platformasının tətbiqi planlaşdırılır:
"Bu platforma vasitəsilə internet provayderlərlə bağlı şikayətlərin bir elektron mərkəzə daxil olması, oradan bölüşdürülməsi və onların icra statusuna Tənzimləyici tərəfindən nəzarət nəzərdə tutulur. Bu təşəbbüsün məqsədi İSP-lər arasında sağlam rəqabətin formalaşmasına nail olmaqdır. Bu həm də, Tənzimləyici qurumun istehlakçıların azad seçiminə dəstək məqsədilə həyata keçirəcəyi bazar müdaxilələrini də nəzərdə tutur".
© Sputnik / Murad Orujovİnternet istifadəçisi, arxiv şəkli
Пользователь социальной сети Одноклассники - Sputnik Azərbaycan, 1920, 16.06.2023
İnternet istifadəçisi, arxiv şəkli
Maraqlıdır, keyfiyyətsiz xidmətə görə hansı provayder cəzalandırılıbmı? Onlara nəzarət varmı?
Agentlikdən bildirilib ki, İKTA həm tənzimlənən sahədə müxtəlif problemlərlə üzləşən istehlakçıları, həm də telekom bazarında fəaliyyət göstərən sahibkarları düşünərək, ən əlverişli və çevik idarəetmə və qanunverici mexanizmlərin yaradılması məqsədilə Tənzimləyicinin səlahiyyət və mandat çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir:

"Digər tərəfdən, bazar haqqında dolğun və sistemli məlumat bazası formalaşdırmadan bu işləri aparmaq mümkün deyildir. Keyfiyyət göstəricilərinin ölçülməsi sistemi, telekom istehlakçılar üçün nəzərdə tutulmuş vahid elektron şikayət sistemi hazır olduqdan sonra keyfiyyətsiz xidmət göstərilməsinə qarşı tədbirlərin görülməsinə başlanılacaqdır. Keyfiyyətsiz xidmətə görə cəza mexanizmlərinin də dəqiqləşdirilməsi üzrə işlər aparılır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0