DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində nikahların və doğumların sayı kəskin azalır

© AFP 2024 / Noel CelisÇində toy
Çində toy - Sputnik Azərbaycan, 1920, 18.06.2023
Abunə olmaq
Uşaqların sayına nəzarət siyasətini yüngülləşdirən, nikah və doğumu stimullaşdırmaq üçün yeni üsullar axtaran Çin hakimiyyətinin son illər bu tendensiyasını geri döndərmək üzrə cəhdləri hələlik nəticə vermir.
BAKI, 18 iyun — Sputnik. Ötən il Çində nikahların və doğumların sayında ən aşağı göstərici qeydə alınıb. Xarici mətbuatın yazdığına görə, ölkədə demoqrafik böhran hökumətin narahatlığına səbəb olub.
Çinin Vətəndaş İşləri Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkədə 6,83 milyon cütlük evlənib ki, bu da 2021-ci ildə qeydə alınan 7,63 milyonluq göstəricidən 10,5 faiz az olmaqla, nikah statistikasının aparıldığı 1986-cı ildə bəri rekord azalmadır.
Eyni zamanda, ötən il Çin əhalisi 60 ildə ilk dəfə azalmağa başlayıb və min nəfərə 6,77 doğuş düşüb. Bu, ÇXR-də Kommunist partiyasının hakimiyyətə gəldiyi 1949-cu ildən bəri ən aşağı göstəricidir.
Uşaqların sayına nəzarət siyasətini yüngülləşdirən, nikah və doğumu stimullaşdırmaq üçün yeni üsullar axtaran Çin hakimiyyətinin son illər bu tendensiyasını geri döndərmək üzrə cəhdləri hələlik nəticə vermir. Lakin ÇXR doğumun kəskin zəifləməsi və əhali sayının azalması tendensiyası ilə üzləşən yeganə ölkə deyil.
Son illər YaponiyaCənubi Koreya da doğumun stimullaşdırılması istiqamətində tədbirlər görür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0