CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün paytaxtda havanın temperaturu 32°-yə çatacaq

© AFP 2024 / NATALIA KOLESNIKOVABakı, arxiv şəkli
Bakı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.06.2023
Abunə olmaq
Abşeronun Şimal çimərliklərində suyun temperaturu 22-23°, Cənub çimərliklərində isə 24-25° isti olacaq.
BAKI, 18 iyun - Sputnik. İyunun 18-də Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 28-32° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, günüdz 50-60 % olacaq.
Abşeron çimərliklərində mülayim cənub küləyi gecəyə doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
© Sputnik / Murad OrujovÇimərlik, arxiv şəkli
Открытие пляжного сезона в Баку, 2022-й год - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Çimərlik, arxiv şəkli
Azərbaycanın rayonlarında əsasən gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 31-36°, dağlarda 16-21° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0