https://sputnik.az/20230617/turkmenistanda-yeni-seherin-acilisi-olacaq-456000726.html
Türkmənistanda yeni şəhərin açılışı olacaq
Türkmənistanda yeni şəhərin açılışı olacaq
Sputnik Azərbaycan
Şəhərin əhalisi təxminən 73 min nəfər olacaq. Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T19:45+0400
2023-06-17T19:45+0400
2023-06-17T19:45+0400
türkmənistan
dünya xəbərləri
şəhər
https://cdnn1.img.sputnik.az/img/42405/87/424058769_0:0:1961:1103_1920x0_80_0_0_2fc746377e076bb1601c894528382adb.jpg
BAKI, 17 iyun — Sputnik. İyunun 29-da Türkmənistanda Arxadağ adlı yeni şəhərin açılışı olacaq. Bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb. Şəhər Ahal vilayətinin yeni inzibati mərkəzi statusu daşıyacaq. Şəhərin əhalisi təxminən 73 min nəfər olacaq (birinci mərhələdə - 43 min nəfər). Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib (hətta paytaxt Aşqabad belə statusa malik deyil). Türkmənistanın paytaxtından 30 km aralıda yerləşən Arxadağ şəhərinin tikintisinə türkmən xalqının ümummilli lideri, Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2019-cu ildə başlanılıb.Arxadağın “ağıllı şəhər” sistemi əsasında idarə olunması planlaşdırılır. Şəhər ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə edəcək, ağıllı dayanacaqlar, günəş panelləri yaradılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42405/87/424058769_0:0:1637:1228_1920x0_80_0_0_33701ffc2c9012035eac28caa0523c30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkmənistan, şəhər
Türkmənistanda yeni şəhərin açılışı olacaq
Şəhərin əhalisi təxminən 73 min nəfər olacaq. Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib
BAKI, 17 iyun — Sputnik. İyunun 29-da Türkmənistanda Arxadağ adlı yeni şəhərin açılışı olacaq. Bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb. Şəhər Ahal vilayətinin yeni inzibati mərkəzi statusu daşıyacaq.
Şəhərin əhalisi təxminən 73 min nəfər olacaq (birinci mərhələdə - 43 min nəfər). Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib (hətta paytaxt Aşqabad belə statusa malik deyil).
Türkmənistanın paytaxtından 30 km aralıda yerləşən Arxadağ şəhərinin tikintisinə türkmən xalqının ümummilli lideri, Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2019-cu ildə başlanılıb.
Arxadağın “ağıllı şəhər” sistemi əsasında idarə olunması planlaşdırılır. Şəhər ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə edəcək, ağıllı dayanacaqlar, günəş panelləri yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.