DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə əyalətlərin sayı 100-ə çata bilər - qəzet

© AP Photo / Omer KuscuTürkiyə
Türkiyə - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Abunə olmaq
Aralıq dənizi kurortları, xüsusən də Alanya, Manavqat, Fethiye və Tarsus yeni əyalətlərə çevrilə bilərlər.
BAKI, 16 iyun — Sputnik. 85 milyon əhalisi olan Türkiyədə vilayətlərin sayı kurort bölgələri də daxil olmaqla 81-dən 100-ə qədər arta bilər. Bu barədə cümə günü "Hürriyet" qəzeti yazıb.
Qəzetdə yazılanlara görə, Aralıq dənizi kurortları, xüsusən də Alanya, Manavqat, Fethiye və Tarsus yeni əyalətlərə çevrilə bilərlər.
Yeni inzibati-ərazi birləşmələrinin yaradılması üçün parlamentin qərarı və onların müəyyən meyarlara uyğunluğu zəruridir. Xüsusilə, bölgənin əhalisi ən azı 100 min nəfər, mənzil və nəqliyyat infrastrukturu, iqtisadiyyat, təhsil və səhiyyə inkişaf etmiş vəziyyətdə olmalıdır.
Yeni əyalətlərin yaradılması məsələsinin 2024-cü ilin martına planlaşdırılan bələdiyyə seçkilərindən sonra Türkiyə parlamentinin gündəliyinə gətirilməsi gözlənilir. Hakim "Xalq Alyansı" 600 yerlik qanunvericilik məclisində çoxluğa malikdir və ekspertlərin fikrincə, buna görə də belə qanunun qəbul edilməsi rəsmiləşdiriləcək.
O da qeyd edilib ki, kurort bölgələrinə əyalət statusu verilməsi məsələsi bir ildən çoxdur ki, müzakirə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0