https://sputnik.az/20230617/tokioda-harri-potter-parki-acilib-456001018.html
Tokioda "Harri Potter" parkı açılıb
Tokioda "Harri Potter" parkı açılıb
Sputnik Azərbaycan
Biletlərin qiyməti 18 yaşdan yuxarı olanlar üçün təqribən 45 dollar, 4-11 yaş arası uşaqlar üçün isə 27 dollar təşkil edir. 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T23:29+0400
2023-06-17T23:29+0400
2023-06-17T23:29+0400
tokio
dünya xəbərləri
park
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1a/427551265_0:109:3073:1837_1920x0_80_0_0_a799ec86713fc56f974cb87bb272b507.jpg
BAKI, 17 iyun — Sputnik. Yaponiyanın paytaxtı Tokioda "Harri Potter" filmlərinə əsaslanaraq inşa edilən dünyanın ən böyük qapalı əyləncə parkı istifadəyə verilib. Bu barədə “The Japan Times” məlumat yayıb. Tokionun Nerima rayonunda yerləşən parkın ərazisi 30 000 kvadratmetrdir. “Warner Bros. Studios Japan”in idarə etdiyi parka giriş üçün biletləri əvvəlcədən sifariş əsasında əldə etmək mümkün olacaq. Biletlərin qiyməti 18 yaşdan yuxarı olanlar üçün 6300 yen (45 dollar), 12-17 yaş arası şəxslər üçün 5200 yen (37 dollar) və 4-11 yaş arası uşaqlar üçün isə 3800 (27 dollar) yendir. Xatırladaq ki, Harri Potter məşhur ingilis yazıçı Coan Ketlin Roulinqin silsilə romanlarının baş qəhrəmanıdır. 26 iyun 1997-ci ildə ilk romanı olan "Harri Potter və Fəlsəfə Daşı"( Harry Potter and the Philosopher's Stone) nəşr olunduqdan sonra kitablar dünya miqyasında böyük populyarlıq və kommersiya uğuru qazandı.Onlar azyaşlı auditoriyanı, eləcə də gənc oxucuları cəlb etmişdilər. 2023-cü ilin fevralına olan məlumata görə, kitablar dünya üzrə 600 milyon nüsxədən çox satılıb və bu, tarixdə ən çox satılan kitab seriyasına çevirib. Səksən beş dildə tərcümə olunan kitab ardıcıl olaraq tarixdə ən sürətli satılan kitablar kimi rekorda imza atıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1a/427551265_0:0:2731:2048_1920x0_80_0_0_54ab9283d94f4dcc64e8da4116e1b37c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tokio, park
Tokioda "Harri Potter" parkı açılıb
Biletlərin qiyməti 18 yaşdan yuxarı olanlar üçün təqribən 45 dollar, 4-11 yaş arası uşaqlar üçün isə 27 dollar təşkil edir.
BAKI, 17 iyun — Sputnik. Yaponiyanın paytaxtı Tokioda "Harri Potter" filmlərinə əsaslanaraq inşa edilən dünyanın ən böyük qapalı əyləncə parkı istifadəyə verilib.
Bu barədə “The Japan Times” məlumat yayıb.
Tokionun Nerima rayonunda yerləşən parkın ərazisi 30 000 kvadratmetrdir.
“Warner Bros. Studios Japan”in idarə etdiyi parka giriş üçün biletləri əvvəlcədən sifariş əsasında əldə etmək mümkün olacaq.
Biletlərin qiyməti 18 yaşdan yuxarı olanlar üçün 6300 yen (45 dollar), 12-17 yaş arası şəxslər üçün 5200 yen (37 dollar) və 4-11 yaş arası uşaqlar üçün isə 3800 (27 dollar) yendir.
Xatırladaq ki, Harri Potter məşhur ingilis yazıçı Coan Ketlin Roulinqin silsilə romanlarının baş qəhrəmanıdır. 26 iyun 1997-ci ildə ilk romanı olan "Harri Potter və Fəlsəfə Daşı"( Harry Potter and the Philosopher's Stone) nəşr olunduqdan sonra kitablar dünya miqyasında böyük populyarlıq və kommersiya uğuru qazandı.
Onlar azyaşlı auditoriyanı, eləcə də gənc oxucuları cəlb etmişdilər. 2023-cü ilin fevralına olan məlumata görə, kitablar dünya üzrə 600 milyon nüsxədən çox satılıb və bu, tarixdə ən çox satılan kitab seriyasına çevirib. Səksən beş dildə tərcümə olunan kitab ardıcıl olaraq tarixdə ən sürətli satılan kitablar kimi rekorda imza atıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.