https://sputnik.az/20230617/nasa-gunes-firtinasinin-butun-dunyani-qaranliga-qerq-ede-biler-456011897.html
NASA: Günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə bilər
NASA: Günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə bilər
Sputnik Azərbaycan
NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna hazırlaşmaq üçünsə cəmi 30 dəqiqə vaxt olacaq. 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T23:01+0400
2023-06-17T23:01+0400
2023-06-17T23:01+0400
günəş
dünya xəbərləri
nasa
https://cdnn1.img.sputnik.az/img/42216/51/422165103_0:200:2932:1849_1920x0_80_0_0_04584f0c82d55d2404a29c4cc1bcbb56.jpg
BAKI, 17 iyun — Sputnik. Son günlərdə baş verən günəş fırtınalarını araşdıran NASA, ölümcül gücə malik günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini açıqlayıb. Türkiyənin «Sabah» qazetinin verdiyi xəbərə görə, yeni baş verən günəş tufanında Yerin maqnit sahəsində çatlar əmələ gəlib. Məlumata görə, baş verəcək belə günəş fırtınaları cəmi 30 dəqiqə əvvəl bəşəriyyətə məlum olur və onların təsiri bir neçə həftə davam edir. NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna hazırlaşmaq üçünsə cəmi 30 dəqiqə vaxt olacaq. Bu halda insanlar həm də sağ qalma dəsti yaratmaq və rəqəmsal sənədlərin kağız nüsxəsini almağa hazırlaşmalıdırlar. Mütəxəssislərin hesabatlarına görə, Günəşdəki partlayış nəticəsində yaranan hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və ehtimal 50 faiz civarındadır. Eyni zamanda, mütəxəssislər elektrik enerjisinin kəsilməsi ehtimalının olduğunu da diqqətə çatdırıblar. Sözügedən axın Yerdəki bir çox texnoloji cihazı sıradan çıxara bilən radiasiya ehtiva edir. Qeyd edək ki, astronomlar aprelin 24-də Günəşin səthində partlayış müşahidə etmişdilər. Meksikanın şimal-qərb və cənub-şərq bölgələrində də mövsüm normalarından bir neçə dərəcə yuxarı olan həddindən artıq istilər hökm sürür. Son istilər nəticəsində 8 nəfər həyatını itirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/51/422165103_101:0:2832:2048_1920x0_80_0_0_b0877ff30ef1bd2bef7aba5b35b06638.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəş, nasa
NASA: Günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə bilər
NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna hazırlaşmaq üçünsə cəmi 30 dəqiqə vaxt olacaq.
BAKI, 17 iyun — Sputnik. Son günlərdə baş verən günəş fırtınalarını araşdıran NASA, ölümcül gücə malik günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini açıqlayıb. Türkiyənin «Sabah» qazetinin verdiyi xəbərə görə, yeni baş verən günəş tufanında Yerin maqnit sahəsində çatlar əmələ gəlib.
Məlumata görə, baş verəcək belə günəş fırtınaları cəmi 30 dəqiqə əvvəl bəşəriyyətə məlum olur və onların təsiri bir neçə həftə davam edir.
NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna hazırlaşmaq üçünsə cəmi 30 dəqiqə vaxt olacaq.
Bu halda insanlar həm də sağ qalma dəsti yaratmaq və rəqəmsal sənədlərin kağız nüsxəsini almağa hazırlaşmalıdırlar.
Mütəxəssislərin hesabatlarına görə, Günəşdəki partlayış nəticəsində yaranan hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və ehtimal 50 faiz civarındadır. Eyni zamanda, mütəxəssislər elektrik enerjisinin kəsilməsi ehtimalının olduğunu da diqqətə çatdırıblar.
Sözügedən axın Yerdəki bir çox texnoloji cihazı sıradan çıxara bilən radiasiya ehtiva edir. Qeyd edək ki, astronomlar aprelin 24-də Günəşin səthində partlayış müşahidə etmişdilər.
Meksikanın şimal-qərb və cənub-şərq bölgələrində də mövsüm normalarından bir neçə dərəcə yuxarı olan həddindən artıq istilər hökm sürür. Son istilər nəticəsində 8 nəfər həyatını itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.