https://sputnik.az/20230617/dunyanin-luks-markalari-arasinda-lider-secilib-455926967.html
Dünyanın lüks markaları arasında lider seçilib
Dünyanın lüks markaları arasında lider seçilib
Sputnik Azərbaycan
Ən sürətlə inkişaf edən avtomobil markası "Lamborghini" olub, onun dəyəri il ərzində 2,2 dəfə artıb. 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T21:31+0400
2023-06-17T21:31+0400
2023-06-17T21:31+0400
porsche
dünya xəbərləri
lamborghini
brend
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439478986_0:0:2844:1600_1920x0_80_0_0_33d80f3302d8f0830b582811220b1459.jpg
BAKI, 17 iyun — Sputnik. Almaniyanın "Porsche" avtomobil markası ardıcıl olaraq altıncı ilin nəticələrinə görə "lüks" mallar seqmentində dünya reytinqində lider olaraq qalır. Bu barədə "Brand Finance" şirkəti məlumat yayıb. Son bir ildə avtomobil markasının dəyəri 9% artaraq 36,76 milyard dollara çatıb. İkinci yerdə çantaları ilə tanınan "Louis Vuitton" (+12,2%, 26,29 milyard dollara qədər) qərarlaşıb. "Chanel" parfüm istehsalçısı üçüncü pilləyə yüksəlib (+27% - 19,39 milyard dollara qədər). O, dəyəri 1,5% azalaraq 17,84 milyard dollara çatan İtaliyanın "Gucci" geyim markasını dördüncü pilləyə sıxışdırıb. Ən sürətlə inkişaf edən avtomobil markası "Lamborghini" olub, onun dəyəri il ərzində 2,2 dəfə artıb. O, bir il əvvəlki 30-cu pillə ilə müqayisədə indi reytinqdə 18-ci yeri tutur. "Brand Finance" şirkəti reytinqində yer alan 50 şirkət arasında 12-si Fransanın, 15-i İtaliyanın və 6-sı İsveçrənindir. Həmçinin ABŞ və İngiltərənin də beş markası var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439478986_113:0:2844:2048_1920x0_80_0_0_ace834f068d5f83949d1b8905cf83bff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
porsche, lamborghini, brend
porsche, lamborghini, brend
Dünyanın lüks markaları arasında lider seçilib
Ən sürətlə inkişaf edən avtomobil markası "Lamborghini" olub, onun dəyəri il ərzində 2,2 dəfə artıb.
BAKI, 17 iyun — Sputnik. Almaniyanın "Porsche" avtomobil markası ardıcıl olaraq altıncı ilin nəticələrinə görə "lüks" mallar seqmentində dünya reytinqində lider olaraq qalır. Bu barədə "Brand Finance" şirkəti məlumat yayıb.
Son bir ildə avtomobil markasının dəyəri 9% artaraq 36,76 milyard dollara çatıb.
İkinci yerdə çantaları ilə tanınan "Louis Vuitton" (+12,2%, 26,29 milyard dollara qədər) qərarlaşıb.
"Chanel" parfüm istehsalçısı üçüncü pilləyə yüksəlib (+27% - 19,39 milyard dollara qədər). O, dəyəri 1,5% azalaraq 17,84 milyard dollara çatan İtaliyanın "Gucci" geyim markasını dördüncü pilləyə sıxışdırıb.
Ən sürətlə inkişaf edən avtomobil markası "Lamborghini" olub, onun dəyəri il ərzində 2,2 dəfə artıb. O, bir il əvvəlki 30-cu pillə ilə müqayisədə indi reytinqdə 18-ci yeri tutur.
"Brand Finance" şirkəti reytinqində yer alan 50 şirkət arasında 12-si Fransanın, 15-i İtaliyanın və 6-sı İsveçrənindir. Həmçinin ABŞ və İngiltərənin də beş markası var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.