https://sputnik.az/20230617/cari-ilde-tebii-qaz-verilen-kend-ve-yasayis-massivlerinin-sayi-aciqlanib-455981791.html
Cari ildə təbii qaz verilən kənd və yaşayış massivlərinin sayı açıqlanıb
Cari ildə təbii qaz verilən kənd və yaşayış massivlərinin sayı açıqlanıb
Sputnik Azərbaycan
E.Vəliyev bildirib ki, hazırda 23 kənd və 19 yaşayış massivində təbii qazın verilməsi ilə bağlı işlər görülür. 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T08:03+0400
2023-06-17T08:03+0400
2023-06-17T08:03+0400
təbii qaz yatağı
azərbaycan xəbərləri
socar
https://cdnn1.img.sputnik.az/img/42207/96/422079696_0:0:2730:1537_1920x0_80_0_0_ba7b8946b18514fef66290c56a0b39b5.jpg
BAKI, 16 iyun — Sputnik. Bu ilin yanvar ayından bu günə qədər Azərbaycanda 15 kənd və 25 yaşayış massivinə təbii qaz verilib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ötən gün media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyası zamanı bildirib. Onun sözlərinə görə, artıq həmin ərazilərdə təbii qazın verilişi ilə bağlı heç bir məhdudiyyət yoxdur: "Orada normal təzyiq və təhlükəsizlik qaydaları gözlənilir. Bu ərazilərdə hələlik qazın verilişi ilə bağlı heç bir problem yaşanmayıb". E.Vəliyev bildirib ki, hazırda 23 kənd və 19 yaşayış massivində təbii qazın verilməsi ilə bağlı işlər görülür: "Ölkənin 11 kənd və 14 yaşayış massivində isə qazın verilməsi ilə bağlı işlər tamamlanmaq üzrədir". O əlavə edib ki, hər hansı fors-major hadisəsi baş verməsə, ilin sonuna kimi 59 kənd və 102 yaşayış massivinin qazlaşdırılmasının tam olaraq bitirilməsi nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42207/96/422079696_0:0:2730:2048_1920x0_80_0_0_84ae03854db1c30e9d0492a5763c06fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbii qaz yatağı, socar
Cari ildə təbii qaz verilən kənd və yaşayış massivlərinin sayı açıqlanıb
E.Vəliyev bildirib ki, hazırda 23 kənd və 19 yaşayış massivində təbii qazın verilməsi ilə bağlı işlər görülür.
BAKI, 16 iyun — Sputnik. Bu ilin yanvar ayından bu günə qədər Azərbaycanda 15 kənd və 25 yaşayış massivinə təbii qaz verilib.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ötən gün media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, artıq həmin ərazilərdə təbii qazın verilişi ilə bağlı heç bir məhdudiyyət yoxdur: "Orada normal təzyiq və təhlükəsizlik qaydaları gözlənilir. Bu ərazilərdə hələlik qazın verilişi ilə bağlı heç bir problem yaşanmayıb".
E.Vəliyev bildirib ki, hazırda 23 kənd və 19 yaşayış massivində təbii qazın verilməsi ilə bağlı işlər görülür: "Ölkənin 11 kənd və 14 yaşayış massivində isə qazın verilməsi ilə bağlı işlər tamamlanmaq üzrədir".
O əlavə edib ki, hər hansı fors-major hadisəsi baş verməsə, ilin sonuna kimi 59 kənd və 102 yaşayış massivinin qazlaşdırılmasının tam olaraq bitirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.