Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Birləşmiş Krallıqla əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk - Azərbaycan Prezidenti

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli
Azərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Abunə olmaq
Dövlətimizin başçısı iki ölkə arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə edib.
BAKI, 17 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb. Bu barədə Azərtac xəbər yayıb.
Prezident İlham Əliyev məktubunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Günü münasibətilə Krala və onun simasında bütün Britaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.

“Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmış dostluq münasibətləri, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev Əlahəzrət III Çarlza möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətində uğurlar, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq diləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0