https://sputnik.az/20230617/bes-il-sonra-turkiye-ixraci-400-milyard-dollara-catdirmaq-niyyetindedir---erdogan-456010504.html
Beş il sonra Türkiyə ixracı 400 milyard dollara çatdırmaq niyyətindədir - Ərdoğan
Beş il sonra Türkiyə ixracı 400 milyard dollara çatdırmaq niyyətindədir - Ərdoğan
Sputnik Azərbaycan
Türkiyə lideri bildirib ki, seçkilərdə qələbədən sonra regionun digər ölkələrində də küçələrə axan sevgi də bu ölkəyə olan müsbət münasibətin sübutudur. 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T17:06+0400
2023-06-17T17:06+0400
2023-06-17T17:06+0400
dünya xəbərləri
türkiyə
ixrac
dollar
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237166_0:259:2722:1790_1920x0_80_0_0_20f0881c18cbc7c17169604e32292bdf.jpg
BAKI, 17 iyun - Sputnik. Türkiyə hökuməti ölkənin ixracatını bu ilin sonuna kimi 265 milyarda, 2028-ci ildə isə 400 milyard dollara çatdırmağı hədəfləyir. RİA Novosti xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Onun sözlərinə görə, Türkiyə təşəbbüsləri genişləndirmək niyyətindədir.“Biz çox səyahət edəcəyik, dünyanı gəzəcəyik və planlaşdıracağıq. Türkiyənin son 21 ildə xarici siyasətdə atdığı addımlar ixracatımız üçün təsirli olub. Türkiyənin diplomatik nümayəndəliklər şəbəkəsinin genişlənməsi ilə onun ixracı da artıb. Hətta münaqişə tərəflərini bir dam altında birləşdirən ölkə olmağımız bizə xarici ticarətdə üstünlüklər verir. Seçkilərdə qələbə çaldıqdan sonra regionun digər ölkələrində də "küçələrə axışan" sevgi ölkəmizə olan müsbət münasibətin sübutudur”, - deyə Türkiyə lideri vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237166_0:3:2722:2045_1920x0_80_0_0_3e221c3935666fa489d874ba93d416ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, ixrac, dollar
Beş il sonra Türkiyə ixracı 400 milyard dollara çatdırmaq niyyətindədir - Ərdoğan
Türkiyə lideri bildirib ki, seçkilərdə qələbədən sonra regionun digər ölkələrində də küçələrə axan sevgi də bu ölkəyə olan müsbət münasibətin sübutudur.
BAKI, 17 iyun - Sputnik. Türkiyə hökuməti ölkənin ixracatını bu ilin sonuna kimi 265 milyarda, 2028-ci ildə isə 400 milyard dollara çatdırmağı hədəfləyir. RİA Novosti xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bu günə qədər biz həmişə özümüzlə rəqabət aparmışıq. Bu ilin sonunda ixracımızı 265 milyard dollara, gələn il isə 285 milyard dollara çatdırmaq istəyirik. 2028-ci il üçün hədəfimiz 400 milyard dollar və daha yuxarı səviyyəyə çatmaqdır", - deyə Ərdoğan şənbə günü İstanbulda Türkiyə İxracatçılar Birliyinin toplantısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyə təşəbbüsləri genişləndirmək niyyətindədir.
“Biz çox səyahət edəcəyik, dünyanı gəzəcəyik və planlaşdıracağıq. Türkiyənin son 21 ildə xarici siyasətdə atdığı addımlar ixracatımız üçün təsirli olub. Türkiyənin diplomatik nümayəndəliklər şəbəkəsinin genişlənməsi ilə onun ixracı da artıb. Hətta münaqişə tərəflərini bir dam altında birləşdirən ölkə olmağımız bizə xarici ticarətdə üstünlüklər verir. Seçkilərdə qələbə çaldıqdan sonra regionun digər ölkələrində də "küçələrə axışan" sevgi ölkəmizə olan müsbət münasibətin sübutudur”, - deyə Türkiyə lideri vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.