https://sputnik.az/20230617/azerbaycanda-taksi-fealiyyeti-ucun-dovlet-rusumlari-mueyyenlesir-455985783.html
Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir
Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir
Sputnik Azərbaycan
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının... 17.06.2023, Sputnik Azərbaycan
2023-06-17T09:01+0400
2023-06-17T09:01+0400
2023-06-17T09:01+0400
taksi
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40849/34/408493425_0:0:2000:1125_1920x0_80_0_0_5921fd66773d8c20506e692829fdc0c4.jpg
BAKI, 17 iyun — Sputnik. Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir. Bu, Milli Məclisin ötən gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir. Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq. Eyni zamanda, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək. Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. "Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək" Xatırladaq ki, iyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, artıq taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək və bunların hər biri 7 il müddətinə veriləcək. Komitə sədri bildirib ki, buraxılış kartı avtomobilə verilir: “Əgər kiminsə birdən çox avtomobili varsa, onların hər birinə buraxılış kartı alınmalıdır. Buraxılış vəsiqəsi isə şəxsin özünə verilir. Hər iki sənədi alandan sonra artıq taksi sürücüsü iki cür fəaliyyət göstərə biləcək. Birincisi, özü fəaliyyət göstərə biləcək, ikincisi, hansısa şirkətlərin proqram təminatından istifadə edəcək. İndiki halda “Bolt”, “Uber”, “189” və s. digər taksi şirkətlərinin xidmətlərin proqram təminatından istifadə edə biləcəklər”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40849/34/408493425_199:0:1906:1280_1920x0_80_0_0_69dd08b469c1ef1533caa75f276c5b99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
taksi
Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.
BAKI, 17 iyun — Sputnik. Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşir.
Bu, Milli Məclisin ötən gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir.
Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.
Eyni zamanda, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək.
Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
"Taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək"
Xatırladaq ki, iyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, artıq taksi fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı veriləcək və bunların hər biri 7 il müddətinə veriləcək.
Komitə sədri bildirib ki, buraxılış kartı avtomobilə verilir: “Əgər kiminsə birdən çox avtomobili varsa, onların hər birinə buraxılış kartı alınmalıdır. Buraxılış vəsiqəsi isə şəxsin özünə verilir. Hər iki sənədi alandan sonra artıq taksi sürücüsü iki cür fəaliyyət göstərə biləcək. Birincisi, özü fəaliyyət göstərə biləcək, ikincisi, hansısa şirkətlərin proqram təminatından istifadə edəcək. İndiki halda “Bolt”, “Uber”, “189” və s. digər taksi şirkətlərinin xidmətlərin proqram təminatından istifadə edə biləcəklər”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.