DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Asiya və Avropa ölkələrində su böhranı: Məktəblər və fabriklər dayandı

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 17.06.2023
Abunə olmaq
Avropa və Asiyanın bəzi ölkələrində su çatışmazlığı səbəbindən bəzi fabrik və məktəblər bağlanıb. iyunun 26-dan İngiltərənin cənub şəhərlərində bağların suvarılması, uşaq hovuzlarının doldurulması və ya avtomobillərin şlanqla yuyulmasına ciddi məhdudiyyətlər qoyulacaq.
BAKI, 17 iyun — Sputnik. Avropadan Asiyaya qədər olan ölkələr quraqlıqla mübarizə aparır. “Hüriyyət”in verdiyi məlumata görə, susuzluq səbəbinə görə İngiltərədə bəzi məktəbləri bağlanmağa məcbur edilib.
Bundan başqa, Vyetnamda da eyni aqibət yaşanır. Orada da yüzlərlə fabrik su çatışmazlığına görə fəaliyyətini dayandırıb. Eyni zamanda, “Samsung”“Apple” şirkətlərinin mühüm təchizatçısı olan ölkədəki quraqlıq su elektrik stansiyalarını yararsız hala salıb. Ötən gün bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsi 26 saatı ötüb.
May ayında bir sıra rekord istilik dalğaları və görünməmiş quraqlıqdan sonra ölkənin şimalındakı çaylardan suyun səviyyəsi elektrik istehsalı üçün tələb olunandan aşağıdır.
Bundan başqa, iyunun 26-dan İngiltərənin cənub şəhərlərində bağların suvarılması, uşaq hovuzlarının doldurulması və ya avtomobillərin şlanqla yuyulmasına ciddi məhdudiyyətlər qoyulacaq. Qaydaları pozanlar 1000 funt sterlinq (2180.08 AZN) cərimə ödəyəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0