https://sputnik.az/20230616/yuksek-enerji-qiymetleri-qarabagin-berpasi-ucun-elave-maliyye-imkanlari-yaradir-455955900.html
Yüksək enerji qiymətləri Qarabağın bərpası üçün əlavə maliyyə imkanları yaradır
Yüksək enerji qiymətləri Qarabağın bərpası üçün əlavə maliyyə imkanları yaradır
Sputnik Azərbaycan
Nazir müavini qeyd edib ki, yaranmış vəziyyət Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi kimi tarixi... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T11:09+0400
2023-06-16T11:09+0400
2023-06-16T11:09+0400
qarabağ
iqtisadiyyat
tikinti
ticarət
https://cdnn1.img.sputnik.az/img/42363/32/423633208_0:0:1920:1080_1920x0_80_0_0_1ed1beb4bd07bb43f1ea329c45907ace.jpg
BAKI, 16 iyun — Sputnik. Dünya əmtəə qiymətlərinin kəskin bahalaşması, daşınma-logistika xərclərinin yüksəlməsi, Azərbaycanın ticarət tərəfdaşı olan bəzi ölkələrdə inflyasiya templərinin artması və iqtisadi vəziyyətin pisləşməsi əsas risk amilləri olsa da, yaranmış şərait eyni zamanda Azərbaycan üçün geniş imkanlar açıb. Bunu Qlobal İqtisadi Perspektivlər (GEP) hesabatının təqdimat mərasimində çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Nazir müavini qeyd edib ki, yaranmış vəziyyət Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi kimi tarixi bir səhifə açır. Ölkənin beynəlxalq əhəmiyyətli nəqliyyat və tranzit-logistika qovşağına çevrilməsi proseslərinin sürətlənməsi, bu səbəbdən Azərbaycana strateji investorların marağının əhəmiyyətli artması (o cümlədən işğaldan azad olunmuş ərazilərə) və nəticədə milli iqtisadiyyatın daha sürətli şaxələnməsi imkanlarını yaradır. (APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/32/423633208_113:0:1816:1277_1920x0_80_0_0_0211a00f7c92d197be9ffd1da6c6ca6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, tikinti, ticarət
qarabağ, tikinti, ticarət
Yüksək enerji qiymətləri Qarabağın bərpası üçün əlavə maliyyə imkanları yaradır
Nazir müavini qeyd edib ki, yaranmış vəziyyət Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi kimi tarixi bir səhifə açır.
BAKI, 16 iyun — Sputnik. Dünya əmtəə qiymətlərinin kəskin bahalaşması, daşınma-logistika xərclərinin yüksəlməsi, Azərbaycanın ticarət tərəfdaşı olan bəzi ölkələrdə inflyasiya templərinin artması və iqtisadi vəziyyətin pisləşməsi əsas risk amilləri olsa da, yaranmış şərait eyni zamanda Azərbaycan üçün geniş imkanlar açıb.
Bunu Qlobal İqtisadi Perspektivlər (GEP) hesabatının təqdimat mərasimində çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini qeyd edib ki, yaranmış vəziyyət Azərbaycanın Avropanın strateji, alternativ və etibarlı enerji daşıyıcıları təchizatçısına çevrilməsi kimi tarixi bir səhifə açır. Ölkənin beynəlxalq əhəmiyyətli nəqliyyat və tranzit-logistika qovşağına çevrilməsi proseslərinin sürətlənməsi, bu səbəbdən Azərbaycana strateji investorların marağının əhəmiyyətli artması (o cümlədən işğaldan azad olunmuş ərazilərə) və nəticədə milli iqtisadiyyatın daha sürətli şaxələnməsi imkanlarını yaradır.
"Dünya enerji daşıyıcıları bazarında yüksək qiymətlər səbəbindən böyük məbləğdə gəlirlərin əldə olunması və bu gəlirlər hesabına ölkənin sosial-iqtisadi inkişafı sahəsində duran strateji prioritetlərin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasının maliyyələşməsi üçün əlavə imkanların yaranması kimi amilləri də qeyd etmək lazımdır", - Sahib Məmmədov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.