https://sputnik.az/20230616/vahid-taksi-xidmetinin-yaradilmasi-nezerde-tutulmur---nazir-muavini-455977153.html
Vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur - Nazir müavini
Vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur - Nazir müavini
Sputnik Azərbaycan
Nazir müavini bildirib ki, ictimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir. 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T15:07+0400
2023-06-16T15:07+0400
2023-06-16T15:07+0400
nazir
cəmiyyət
müavin
taksi
https://cdnn1.img.sputnik.az/img/42214/27/422142721_0:70:1429:874_1920x0_80_0_0_71631a8116801ee57a25335755873451.jpg
BAKI, 16 iyun - Sputnik. "İctimai nəqliyyatın xidmət keyfiyyətinin artırılması üçün diqqət artırılmalıdır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. O bildirib ki, bu qanunun qəbulunda əsas məqsəd vətəndaşların hüquqlarının qorunmasıdır və vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur:Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42214/27/422142721_221:0:1386:874_1920x0_80_0_0_24ccc3054390dcc6458e10b8b20eb2ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nazir, müavin, taksi
Vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur - Nazir müavini
Nazir müavini bildirib ki, ictimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir.
BAKI, 16 iyun - Sputnik. "İctimai nəqliyyatın xidmət keyfiyyətinin artırılması üçün diqqət artırılmalıdır". Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu qanunun qəbulunda əsas məqsəd vətəndaşların hüquqlarının qorunmasıdır və vahid taksi xidmətinin yaradılması nəzərdə tutulmur:
“Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də Nazirliyin fəaliyyətində yoxdur. İctimai nəqliyyatın xidmət keyfiyyətinin artırılması üçün diqqət artırılmalıdır. İctimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir”.
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.