https://sputnik.az/20230616/ukraynada-silahli-munaqise-getdikce-daha-tehlukeli-xarakter-alir---orban-455958141.html
Ukraynada silahlı münaqişə getdikcə daha təhlükəli xarakter alır - Orban
Ukraynada silahlı münaqişə getdikcə daha təhlükəli xarakter alır - Orban
Sputnik Azərbaycan
Macarıstanın Baş naziri Ukrayna ordusunun Qərb ölkələrindən aldığı uranla doldurulmuş sursatlardan istifadə etməsindən narahatlığını bildirib. 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T13:18+0400
2023-06-16T13:18+0400
2023-06-16T13:18+0400
viktor orban
dünya xəbərləri
ukrayna
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022882_0:0:3072:1728_1920x0_80_0_0_7baded2b175ce7e25e97a3e6a0d1b626.jpg
BAKI, 16 iyun — Sputnik. Qərb dövlətləri Ukraynadakı münaqişə ilə bağlı yanlış strategiya qəbul ediblər və hesab edirlər ki, Ukrayna ordusu müqavimət göstərməkdə davam edərsə, silah və sursatla təmin olunarsa, Rusiya məğlub ola bilər. Bu fikri Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu strategiyanın nəticəsi təkcə ondan ibarət olub ki, Ukraynada silahlı münaqişə nəinki davam edir, həm də genişlənir və getdikcə daha təhlükəli xarakter alır. Orban Ukrayna ordusunun Qərb ölkələrindən aldığı uranla doldurulmuş sursatlardan istifadə etməsindən narahatlığını bildirib. O vurğulayıb ki, Macarıstan hökuməti hələ də Ukrayna münaqişəsinin döyüş meydanında həllinə inanmır və buna görə də dərhal atəşkəs və sülh danışıqlarına tez başlamağın tərəfdarıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022882_0:0:2732:2048_1920x0_80_0_0_673f7fc48e4da3ac63f02e1166cd870b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
viktor orban, ukrayna, qərb
viktor orban, ukrayna, qərb
Ukraynada silahlı münaqişə getdikcə daha təhlükəli xarakter alır - Orban
Macarıstanın Baş naziri Ukrayna ordusunun Qərb ölkələrindən aldığı uranla doldurulmuş sursatlardan istifadə etməsindən narahatlığını bildirib.
BAKI, 16 iyun — Sputnik. Qərb dövlətləri Ukraynadakı münaqişə ilə bağlı yanlış strategiya qəbul ediblər və hesab edirlər ki, Ukrayna ordusu müqavimət göstərməkdə davam edərsə, silah və sursatla təmin olunarsa, Rusiya məğlub ola bilər. Bu fikri Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunda çıxışı zamanı deyib.
"Qərbin müharibənin əvvəlində seçdiyi strategiya zəif hazırlanmış, pis qiymətləndirilmiş, aldadıcı idi", - deyə Orban bildirib.
Onun sözlərinə görə, bu strategiyanın nəticəsi təkcə ondan ibarət olub ki, Ukraynada silahlı münaqişə nəinki davam edir, həm də genişlənir və getdikcə daha təhlükəli xarakter alır.
Orban Ukrayna ordusunun Qərb ölkələrindən aldığı uranla doldurulmuş sursatlardan istifadə etməsindən narahatlığını bildirib.
O vurğulayıb ki, Macarıstan hökuməti hələ də Ukrayna münaqişəsinin döyüş meydanında həllinə inanmır və buna görə də dərhal atəşkəs və sülh danışıqlarına tez başlamağın tərəfdarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.