https://sputnik.az/20230616/quba-xinaliq-yolu-baglandi-455954802.html
Quba-Xınalıq yolu bağlandı
Quba-Xınalıq yolu bağlandı
Sputnik Azərbaycan
Leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, fərdi təsərrüfatlar və yol infrastrukturu da yararsız hala düşüb. 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T10:38+0400
2023-06-16T10:38+0400
2023-06-16T10:38+0400
xınalıq
cəmiyyət
quba
yol
sel
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427821564_0:128:3072:1856_1920x0_80_0_0_80dd1dda8f87e7a3f158196d990ce498.jpg
BAKI, 16 iyun — Sputnik. İyunun 15-i gecə saatlarında Qubada yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub. Yolun 50-57-ci kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub. Leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, fərdi təsərrüfatlar və yol infrastrukturu da yararsız hala düşüb. Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda selin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.(AZƏRTAC)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427821564_226:0:2957:2048_1920x0_80_0_0_d231a6a070fe794d9104c4d7b8f9e375.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xınalıq, quba, yol, sel
Quba-Xınalıq yolu bağlandı
Leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, fərdi təsərrüfatlar və yol infrastrukturu da yararsız hala düşüb.
BAKI, 16 iyun — Sputnik. İyunun 15-i gecə saatlarında Qubada yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.
Yolun 50-57-ci kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub.
Leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, fərdi təsərrüfatlar və yol infrastrukturu da yararsız hala düşüb.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda selin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.