https://sputnik.az/20230616/qarabagda-antiteror-emeliyyati-azerbaycanin-huquqla-tesbit-olunmus-haqqidir---politoloq-455987199.html
Qarabağda antiteror əməliyyatı Azərbaycanın hüquqla təsbit olunmuş haqqıdır - Politoloq
Qarabağda antiteror əməliyyatı Azərbaycanın hüquqla təsbit olunmuş haqqıdır - Politoloq
Sputnik Azərbaycan
Ermənistanin qeyri konstuktivliyi rəsmi Bakını Qarabağda antiteror əməliyyatları keçirməyə sövq edə bilər. 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T17:05+0400
2023-06-16T17:05+0400
2023-06-16T17:06+0400
siyasət
politoloq
separatçı
azərbaycan
erməni
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:0:1000:563_1920x0_80_0_0_0acec2ff17ee0d1e61a9a6b22758be81.jpg
BAKI, 16 iyun — Sputnik. Son gunlər Ermənistan və Azərbaycanin təmas xəttində yaşanan gərginlik və hər iki tərəfdən olan tələfat munaqişə tərəfləri arasinda yekun sülh danışıqlarını pozmaq və təxribat törədərək tərəflər arasinda etmadsızlığın yenidən güclənməsinə rəvac verə biləcək hadidisələr olaraq qiymətləndirilə bilər. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov bildirib. Politoloq qeyd edib ki, mayın ayın 22-də Ermənistan baş nazirinin rəsmi İrəvanın Azərbaycanın Sovetlər dönəmindəki sərhədlərini tanıması ilə bagli verdiyi açıqlama tərəfləri sülhə aparacaq danışıqlarda mühüm bir mərhələ kimi qəbul olundu:"Ardınca Moskvanın moderatorluğu ilə mayın 25-də baş tutmuş görüşdə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı verilmiş açıqlamalar da uzun müddət qeyri-məəyyənlikdən sonra erməni tərəfinin nəhayət ki, yekun sülhə hazır olması ilə bağlı təəssuratlar doğurdu. Ermənistanın Qarabagin təhlükəsizliyinə beynəlxalq təminatların verilməsi ilə bağli ilk növbədə Qərbdəki havadarlarına olan muraciəti isə bir daha rəsmi İrəvanin mövqeyindəki qeyri müəyyənliyin Qərbdən qidalanması ilə bağli fikirlərin təsdiqi oldu. Belə ki,Paşinyan Vaşinqton görüşündən sonra erməni tərəfinin ABŞ-la razışlaşdırdığı sülh müqaviləsinin mətni ilə bağli sayca 4-cü dəfə redaktə edilmiş şərtlərə Azərbaycan tərəfindən hələ də cavab almadığı ilə bağli açıqlama ilə çıxış etdi, erməni tərəfinin növbəti riyakarlığı ilə rəsmi Bakını Ermənistana ünvanlanmış tələbləri haqlı olaraq daha da sərtləşdirməyə sövq etdi". Politoloq onu da bildirib ki, Azərbaycan prezidenti yekun sülh müqaviləsinin imzalanması üçün zamanında özü tərəfindən irəli sürülmüş məlum 5 şərtin qüvvədə qaldığını təsdiq etməklə yanaşı bəyan etdi ki, Ermənistanin qeyri-konstuktivliyi rəsmi Bakını Qarabağda antiteror əməliyyatları keçirməyə sövq edə bilər:Onun qənaətinə görə, baş verənlər bir daha göstərir ki, Ermənistan iqtidarı müstəqil siyasi qərar qəbul etmək imkanlarından məhrumdur. Qarabağdakı separatçı rejimin rəhbərlərinin nəhayət ki, təslim olması, separatçı rejimə tabe olan qeyri-qanuni hərbi birləşmələrin tərkisilah edilməsi ilə bağli rəsmi Bakının tələbləri də Qarabağdakı seperatçi rejimi belə bir təxribata getməyə sövq edə bilər."İndi orada separatçı rejimə kimlərin rəhbərlik edə biləcəyi ilə bağli müxtəlif klan və geosiyasi qütblərə bağli şəxslər arasında getdikcə güclənməkdə olan rəqabət də sərhəddəki toqquşmalara gətirib çıxarmış hadisələr sırasına aid edilə bilər", - deyə politoloq fikirlərini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434420891_0:56:629:528_1920x0_80_0_0_a8844ccdadf5ca46ded7426782265132.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, separatçı, azərbaycan, erməni
politoloq, separatçı, azərbaycan, erməni
Qarabağda antiteror əməliyyatı Azərbaycanın hüquqla təsbit olunmuş haqqıdır - Politoloq
17:05 16.06.2023 (Yenilənib: 17:06 16.06.2023) Ermənistanin qeyri konstuktivliyi rəsmi Bakını Qarabağda antiteror əməliyyatları keçirməyə sövq edə bilər.
BAKI, 16 iyun — Sputnik. Son gunlər Ermənistan və Azərbaycanin təmas xəttində yaşanan gərginlik və hər iki tərəfdən olan tələfat munaqişə tərəfləri arasinda yekun sülh danışıqlarını pozmaq və təxribat törədərək tərəflər arasinda etmadsızlığın yenidən güclənməsinə rəvac verə biləcək hadidisələr olaraq qiymətləndirilə bilər. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov bildirib.
Politoloq qeyd edib ki, mayın ayın 22-də Ermənistan baş nazirinin rəsmi İrəvanın Azərbaycanın Sovetlər dönəmindəki sərhədlərini tanıması ilə bagli verdiyi açıqlama tərəfləri sülhə aparacaq danışıqlarda mühüm bir mərhələ kimi qəbul olundu:
"Ardınca Moskvanın moderatorluğu ilə mayın 25-də baş tutmuş görüşdə sülh danışıqlarının davam etdirilməsi ilə bağlı verilmiş açıqlamalar da uzun müddət qeyri-məəyyənlikdən sonra erməni tərəfinin nəhayət ki, yekun sülhə hazır olması ilə bağlı təəssuratlar doğurdu. Ermənistanın Qarabagin təhlükəsizliyinə beynəlxalq təminatların verilməsi ilə bağli ilk növbədə Qərbdəki havadarlarına olan muraciəti isə bir daha rəsmi İrəvanin mövqeyindəki qeyri müəyyənliyin Qərbdən qidalanması ilə bağli fikirlərin təsdiqi oldu. Belə ki,Paşinyan Vaşinqton görüşündən sonra erməni tərəfinin ABŞ-la razışlaşdırdığı sülh müqaviləsinin mətni ilə bağli sayca 4-cü dəfə redaktə edilmiş şərtlərə Azərbaycan tərəfindən hələ də cavab almadığı ilə bağli açıqlama ilə çıxış etdi, erməni tərəfinin növbəti riyakarlığı ilə rəsmi Bakını Ermənistana ünvanlanmış tələbləri haqlı olaraq daha da sərtləşdirməyə sövq etdi".
Politoloq onu da bildirib ki, Azərbaycan prezidenti yekun sülh müqaviləsinin imzalanması üçün zamanında özü tərəfindən irəli sürülmüş məlum 5 şərtin qüvvədə qaldığını təsdiq etməklə yanaşı bəyan etdi ki, Ermənistanin qeyri-konstuktivliyi rəsmi Bakını Qarabağda antiteror əməliyyatları keçirməyə sövq edə bilər:
"Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır. Prezident eyni zamanda xəbərdarlıq etdi ki, Azərbaycani saxlaya biləcək regional qüvvə də yoxdur. İstisna deyil ki, rəsmi Bakının sərt addımlar atma ehtimalları erməni millətçilərini sərhəd xətti boyunca təxribat törədərək baş vermiş insidentə görə Azərbaycan tərəfini məsul tutmaq, məhz onun sülh danışıqlarına mane olmaq üçün təmas xəttindəki gərginlikdən əyləc mexanizmi kimi çıxış etmək mövqeyində olması ilə bağlı gerçəkliklərdən uzaq olan mənzərəni beynəlxalq təminatçıların diqqətinə çatdırmaqdan ibarət olub".
Onun qənaətinə görə, baş verənlər bir daha göstərir ki, Ermənistan iqtidarı müstəqil siyasi qərar qəbul etmək imkanlarından məhrumdur. Qarabağdakı separatçı rejimin rəhbərlərinin nəhayət ki, təslim olması, separatçı rejimə tabe olan qeyri-qanuni hərbi birləşmələrin tərkisilah edilməsi ilə bağli rəsmi Bakının tələbləri də Qarabağdakı seperatçi rejimi belə bir təxribata getməyə sövq edə bilər.
"İndi orada separatçı rejimə kimlərin rəhbərlik edə biləcəyi ilə bağli müxtəlif klan və geosiyasi qütblərə bağli şəxslər arasında getdikcə güclənməkdə olan rəqabət də sərhəddəki toqquşmalara gətirib çıxarmış hadisələr sırasına aid edilə bilər", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.