Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pakistan iyulda Azərbaycandan güzəştli qiymətlə MTQ almağa başlayacaq

© AFP 2024 / FILIPPO MONTEFORTEMaye qaz tankeri, arxiv şəkli
Maye qaz tankeri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükü Pakistan Dövlət Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.
BAKI, 16 iyun — Sputnik. Azərbaycan iyul ayından başlayaraq Pakistana güzəştli qiymətlərlə mayeləşdirilmiş təbii qaz (MTQ) tədarük etməyə başlayacaq. “TASS” xəbər verib ki, cümə günü Pakistanın baş naziri Şahbaz Şərifin ofisinin yaydığı bəyanatda belə deyilir.

"Azərbaycandan MTQ idxalına başlanması bu ay Rusiyadan neftin ilk partiyasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub", - deyə ofisdən bildirilib.

MTQ-nin tədarükü Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək. Sənəd Pakistan hökuməti başçısının iyunun 15-də başa çatan Bakıya iki günlük rəsmi səfəri zamanı açıqlanıb.
Şərif və Azərbaycan Prezidenti İlham Əliyev enerji, ticarət, investisiya, mülki aviasiya və digər sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər.
İki ölkə liderləri birgə mətbuat konfransında “Azərbaycan Hava Yolları”nın İslamabada birbaşa uçuşlarına başladığını və birgə hərbi təlimlərin sayının artırılması barədə qərar qəbul etdiklərini açıqlayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0