https://sputnik.az/20230616/otengunku-serhed-texribatinda-tehlukesizliyimiz-cox-yaxsi-temin-edildi-455986547.html
"Ötəngünkü sərhəd təxribatında təhlükəsizliyimiz çox yaxşı təmin edildi"
"Ötəngünkü sərhəd təxribatında təhlükəsizliyimiz çox yaxşı təmin edildi"
Sputnik Azərbaycan
P.Marais həmçinin Şuşa şəhərinə valeh olduğunu söyləyib, qeyd edib ki, burada yenidənqurma işlərinin görülməsi, tarixi abidələrin yenidən bərpa olunması... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T22:54+0400
2023-06-16T22:54+0400
2023-06-16T22:54+0400
sərhəd
siyasət
cənubi afrika
cənubi afrika respublikası
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_0:151:3076:1881_1920x0_80_0_0_acc1e1793595cfe07d7d3c74aa06b8cb.jpg
BAKI, 16 iyun — Sputnik. Ötəngünkü sərhəd təxribatında təhlükəsizliyimiz çox yaxşı təmin edildi. Bunu Cənubi Afrika Respublikasından (CAR) olan səyyah Petro Marais deyib. "Ötən gün xoşagəlməz hadisələr yaşandı, amma biz buna hazırlıyıq. Çünki bu cür vəziyyətlər üçün bizə əvvəlcədən təlimlər keçiblər. Bizə belə hallarla qarşılaşanda necə davranmalı olduğumuz öyrədilib. Əsas məsələ təhlükəsizlikdir və o da təmin edilib", - səyyah deyib. P.Marais həmçinin Şuşa şəhərinə valeh olduğunu söyləyib: "Burada yenidənqurma işlərinin görülməsi, tarixi abidələrin yenidən bərpa olunması təqdirəlayiqdir. Gördüyüm abidələr, heykəllər məni yaxşı mənada təəccübləndirdi". (Report) Xatırladaq ki, bu gecə Ermənistan yenidən təxribata əl atıb. Bu barədə Müdafiə Naziriliyi məlumat yayıb. Belə ki, iyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438513356_347:0:3076:2047_1920x0_80_0_0_262b730b79e443e65b7806064bf8bd22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, cənubi afrika, cənubi afrika respublikası
sərhəd, cənubi afrika, cənubi afrika respublikası
"Ötəngünkü sərhəd təxribatında təhlükəsizliyimiz çox yaxşı təmin edildi"
P.Marais həmçinin Şuşa şəhərinə valeh olduğunu söyləyib, qeyd edib ki, burada yenidənqurma işlərinin görülməsi, tarixi abidələrin yenidən bərpa olunması təqdirəlayiqdir.
BAKI, 16 iyun — Sputnik. Ötəngünkü sərhəd təxribatında təhlükəsizliyimiz çox yaxşı təmin edildi.
Bunu Cənubi Afrika Respublikasından (CAR) olan səyyah Petro Marais deyib.
"Ötən gün xoşagəlməz hadisələr yaşandı, amma biz buna hazırlıyıq. Çünki bu cür vəziyyətlər üçün bizə əvvəlcədən təlimlər keçiblər. Bizə belə hallarla qarşılaşanda necə davranmalı olduğumuz öyrədilib. Əsas məsələ təhlükəsizlikdir və o da təmin edilib", - səyyah deyib.
P.Marais həmçinin Şuşa şəhərinə valeh olduğunu söyləyib: "Burada yenidənqurma işlərinin görülməsi, tarixi abidələrin yenidən bərpa olunması təqdirəlayiqdir. Gördüyüm abidələr, heykəllər məni yaxşı mənada təəccübləndirdi". (Report)
Xatırladaq ki, bu gecə Ermənistan yenidən təxribata əl atıb. Bu barədə Müdafiə Naziriliyi məlumat yayıb.
Belə ki, iyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.