https://sputnik.az/20230616/nazir-her-il-100-130-mektebin-tikintisi-yenidenqurulmasi-ucun-tedbirler-gorulecek-455860414.html
Nazir: Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək
Nazir: Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək
Sputnik Azərbaycan
S.Şərifov bildirib ki, son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub. Bu il əsaslı təmir və yenidən qurulmasına... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T10:00+0400
2023-06-16T10:00+0400
2023-06-15T20:40+0400
nazir
elm və təhsil nazirliyi
samir şərifov
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_0:0:2001:1125_1920x0_80_0_0_10ffd5d8b16d4dd23da99d34fb7ee9c2.jpg
BAKI, 15 iyun - Sputnik. Qarşıdakı illərdə dövlət vəsaiti hesabına hər il Azərbaycanda 100-130 məktəbin tikintisi, əsaslı təmiri və yenidənqurulması arzuolunandır və bunun üçün müvafiq tədbirlər görüləcək. Bunu maliyyə naziri Samir Şərifov deyib. "Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ildə nazirliyin tabeliyində olan 962 məktəbin əsaslı təmir və yenidənnqurulmasına ehtiyac var. Ötən il dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılıb və 57 məktəb tikilib, əsaslı təmir olunub", - deyə nazir qeyd edib. S.Şərifov bildirib ki, son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub: "Bu il əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan məktəblərin sayı 832-ə enib". Qeyd edək ki, iclasda "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib ki, ölkədə məktəb tikintisi və təmirinə ayrılan vəsait bir daha nəzərdən keçirilməlidir. Qəzalı vəziyyətdə olan məktəb binalarının tikintisi önə alınmalıdır. Bu istiqamətə ayrılan vəsait artırılmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_105:0:1812:1280_1920x0_80_0_0_e86c6e22b39a1d940c7bcfd54db938bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nazir, elm və təhsil nazirliyi, samir şərifov
nazir, elm və təhsil nazirliyi, samir şərifov
Nazir: Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək
S.Şərifov bildirib ki, son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub. Bu il əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan məktəblərin sayı 832-ə enib.
BAKI, 15 iyun - Sputnik. Qarşıdakı illərdə dövlət vəsaiti hesabına hər il Azərbaycanda 100-130 məktəbin tikintisi, əsaslı təmiri və yenidənqurulması arzuolunandır və bunun üçün müvafiq tədbirlər görüləcək.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
"Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ildə nazirliyin tabeliyində olan 962 məktəbin əsaslı təmir və yenidənnqurulmasına ehtiyac var. Ötən il dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılıb və 57 məktəb tikilib, əsaslı təmir olunub", - deyə nazir qeyd edib.
S.Şərifov bildirib ki, son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub: "Bu il əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan məktəblərin sayı 832-ə enib".
Qeyd edək ki, iclasda "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib ki, ölkədə məktəb tikintisi və təmirinə ayrılan vəsait bir daha nəzərdən keçirilməlidir. Qəzalı vəziyyətdə olan məktəb binalarının tikintisi önə alınmalıdır. Bu istiqamətə ayrılan vəsait artırılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.