CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə taksi məsələsi müzakirə edilib - "İctimai nəqliyyatdan istifadə azalır"

© Sputnik / Irade JELILТакси в Баку, фото из архива
Такси в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Fazil Mustafa bildirib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir.
BAKI, 16 iyun - Sputnik. "Taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişinlərin isə şikayəti çoxalmaqdadır".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
"İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır"
O qeyd edib ki, Bakıda istifadə olunan taksi gedişlərinin 60%-i 1,5-3 km məsafə üçün istifadə olunur:

"İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır, son 1 ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Taksi sayının əhaliyə nisbətdə yüksək olması da diqqət çəkir. Bu məsələ eyni zamanda şəhər nəqliyyat sisteminin, tıxacların idarəedilməsi üçün ciddi çağırışlar yaradır. 15 milyon əhalisi olan İstanbulda taksi sayı üçün kvota var, bu il 17 min 325 ədəd müəyyən edilib, 2,4 milyon əhalisi olan Bakıda da 28 min taksi var. Yəni, İstanbulda 865 nəfərə, Bakıda isə 85 nəfərə 1 taksi düşür".

"Avtobus hesab edilməyən və taksi olmayan nəqliyyat vasitələri ilə sərnişin daşımalarının fəaliyyəti tənzimlənmir. Daşımalar haqqında tənzimləyici qurumda məlumatlar olmadığından ictimai nəqliyyatın inkişafı ilə bağlı data əsaslı qərarlar qəbul etmək imkan mümkün deyil. İcazə blanklarından istifadə qaydalarının pozulması ilə bağlı normalar olmadığından sui-istifadə hallarının aradan qaldırılması çətinlik yaradır. Daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsi mövcud münasibətlər sisteminin tələblərinə uyğun deyil", - deyə komitə sədri əlavə edib.
Fazil Mustafa: Taksi sürücüləri işsiz qalanlardır
Deputat Fazil Mustafa isə çıxış edərək deyib ki, metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?
Millət vəkili bildirib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir:

"Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin? Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".

© Sputnik / Murad OrujovFazil Mustafa, zrxiv şəkli
Обсуждения, посвященные проблемам создания семьи в Азербайджане, в мультимедийном пресс-центре Sputnik Азербайджан. 14 сентября 2018 года  - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Fazil Mustafa, zrxiv şəkli
"Operatorlar bu gün sürücüləri yükləyir"
Deputat Elşən Musayev isə deyib ki, indiyə qədər operatorlar sadəcə, vasitəçilik fəaliyyətini görürdülər:

“İkincisi məsələ operatorlar tərəfindən sürücülərin qeydiyyatının onlayn qaydada aparılması ilə bağlıdır. Operatorlar bu gün sürücüləri yükləyir. Məsələn, bir operator sürücülərə gündəlik 24 gediş sayı qoyub. Bu tələbi yerinə yetirmək üçün sürücü təbii ki, qəza da törədəcək, pozuntuya da yol verəcək. Bu dəyişiklikləri taksi sürücüləri böyük maraqla gözləyirlər. Tək taksi sürücülərinin yox, sərnişinlərin üzərinə də məsuliyyət qoymaq lazımdır. Çünki bəzən sərnişin sifariş verir, hərdəmxəyalın biri olur və telefonu açmır. Sürücü o yolu gəlir, amma gediş edə bilmir. Biz sürücüləri qorumalıyıq”.

© Photo : afn.azElşən Musayev - Milli Məclisin deputatı
Elşən Musayev - Milli Məclisin deputatı - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Elşən Musayev - Milli Məclisin deputatı
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rəşad Nəbiyev  - Sputnik Azərbaycan, 1920, 12.06.2023
CƏMİYYƏT
İctimai nəqliyyat əhali üçün maraqsız olub - Nazir
Xəbər lenti
0