https://sputnik.az/20230616/milli-meclisde-lombard-ve-son-zengde-kriminal-mahnilarin-seslenmesi-problemi-qaldirilib-455962254.html
Milli Məclisdə lombard və "son zəng"lərdə kriminal mahnılar problemi qaldırılıb
Milli Məclisdə lombard və "son zəng"lərdə kriminal mahnılar problemi qaldırılıb
Sputnik Azərbaycan
Deputat bildirib ki, faizin yuxarı olmasından tutmuş lombardların müştərilərin qızıllarını ələ keçirməsi, lombard sahiblərinin qızılları götürüb qaçması kimi... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T12:27+0400
2023-06-16T12:27+0400
2023-11-24T17:46+0400
cəmiyyət
lombard
kriminal
mahnı
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460846999_0:140:2121:1333_1920x0_80_0_0_2616095f4e728f039691d56a2c503ccb.jpg
BAKI, 16 iyun - Sputnik. "Bu gün lombardlarla bağlı şikayətlər səngimək bilmir. Bu şikayətlər mövcud olduğu halda heç bir qurum tərəfindən tənzimlənməyən, nəzarətsiz olan lombardların fəaliyyəti kimin üçün sərfəlidir? Əhali üçün deyiriksə, yox". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, faizin yuxarı olmasından tutmuş lombardların müştərilərin qızıllarını ələ keçirməsi, lombard sahiblərinin qızılları götürüb qaçması kimi çoxsaylı şikayətlər var:Naqif Həmzəyev son zəng tədbirlərində kriminal mahnıların səsləndirilməsi problemini də qaldırıb.Parlament Sədri Sahibə Qafarova isə bildirib ki, faktları yığılsın və Elm və Təhsil Nazirliyinə xəbər verilsin. Xatırladaq ki, lombard fəaliyyətində olan neqativ halların çoxluğunu nəzərə alaraq bu sektorun səmərəliliyinin artırılması məqsədilə, eləcə də istehlakçıların hüquqlarının qorunması üçün "Lombardlar haqqında” qanun layihəsi hazırlanıb və 2019-cu il sentyabrın 30-da Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Qanun layihəsini üçüncü oxunuşa hazırlamaqdan ötrü işçi qrupu yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460846999_236:0:2121:1414_1920x0_80_0_0_3d6bccf26ff61b8553dcf5741df38d74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
lombard, kriminal, mahnı, milli məclis
lombard, kriminal, mahnı, milli məclis
Milli Məclisdə lombard və "son zəng"lərdə kriminal mahnılar problemi qaldırılıb
12:27 16.06.2023 (Yenilənib: 17:46 24.11.2023) Deputat bildirib ki, faizin yuxarı olmasından tutmuş lombardların müştərilərin qızıllarını ələ keçirməsi, lombard sahiblərinin qızılları götürüb qaçması kimi çoxsaylı şikayətlər var.
BAKI, 16 iyun - Sputnik. "Bu gün lombardlarla bağlı şikayətlər səngimək bilmir. Bu şikayətlər mövcud olduğu halda heç bir qurum tərəfindən tənzimlənməyən, nəzarətsiz olan lombardların fəaliyyəti kimin üçün sərfəlidir? Əhali üçün deyiriksə, yox". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, faizin yuxarı olmasından tutmuş lombardların müştərilərin qızıllarını ələ keçirməsi, lombard sahiblərinin qızılları götürüb qaçması kimi çoxsaylı şikayətlər var:
"Lombardların iqtisadiyyata xeyri də yoxdur. Əksər lombardlar mövcud fəaliyyətlərini vergidən yayındırmaqla, işçilərini rəsmi qeydiyyata almamaqla daha çox sələmçilik fəaliyyəti göstərirlər. Bunun da iqtisadiyyatımıza heç bir xeyri olmadığını görürük. Əksinə, bu fəaliyyətdən narazı olan əhali sonunda dövlət və dövlət qurumlarını hədəf alır. Bəs nə etmək lazımdır? Mərkəzi Bank problemin həllini necə görür? Bu fəaliyyət sahəsi qanunla tənzimlənib nəzarətedici orqan tərəfindən lombardların fəaliyyətinə nəzarət olunacaq? Olunacaqsa, nə zaman? Olunmayacaqsa, bu nəzarəti hansı qurum öz üzərinə götürəcək?”
Naqif Həmzəyev son zəng tədbirlərində kriminal mahnıların səsləndirilməsi problemini də qaldırıb.
“Nazirlik hara baxır?! Bu kriminal mahnılar necə tədbirləri bəzəyir və məktəb rəhbərliyi buna niyə göz yumur?! Biz bu problemin həlli ilə bağlı konsepsiyanı görmürük”, - deyə millət vəkili vurğulayıb.
Parlament Sədri Sahibə Qafarova isə bildirib ki, faktları yığılsın və Elm və Təhsil Nazirliyinə xəbər verilsin.
Xatırladaq ki, lombard fəaliyyətində olan neqativ halların çoxluğunu nəzərə alaraq bu sektorun səmərəliliyinin artırılması məqsədilə, eləcə də istehlakçıların hüquqlarının qorunması üçün "Lombardlar haqqında” qanun layihəsi hazırlanıb və 2019-cu il sentyabrın 30-da Milli Məclisdə ikinci oxunuşda qəbul edilib. Qanun layihəsini üçüncü oxunuşa hazırlamaqdan ötrü işçi qrupu yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.