https://sputnik.az/20230616/konstitusiya-mehkemesi-nazirler-kabinetinin-sorgusu-esasinda-qerar-qebul-edib-455990268.html
Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib
Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib
Sputnik Azərbaycan
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T20:05+0400
2023-06-16T20:05+0400
2023-06-16T21:38+0400
cəmiyyət
konstitusiya
konstitusiya məhkəməsi
konstitusiya günü
https://cdnn1.img.sputnik.az/img/40770/36/407703640_0:147:1800:1160_1920x0_80_0_0_ff9b359afb67f359780060c05b121ad3.jpg
BAKI, 16 iyun - Sputnik. Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib.Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.Qərarda qeyd olunub ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəalarının tətbiqi istisna edilir.Dövlətin diqqət və qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin davam etdirilməsi müvafiq dövlət qurumları tərəfindən daim nəzərdə saxlanılmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40770/36/407703640_80:0:1680:1200_1920x0_80_0_0_4475cd626aebbc62488247dc50d55bc8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konstitusiya, konstitusiya məhkəməsi, konstitusiya günü
konstitusiya, konstitusiya məhkəməsi, konstitusiya günü
Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib
20:05 16.06.2023 (Yenilənib: 21:38 16.06.2023) Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
BAKI, 16 iyun - Sputnik. Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.
Qərarda qeyd olunub ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları”nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəalarının tətbiqi istisna edilir.
Dövlətin diqqət və qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin davam etdirilməsi müvafiq dövlət qurumları tərəfindən daim nəzərdə saxlanılmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.