https://sputnik.az/20230616/geomaqnit-qasirgasi-bu-tarixedek-davam-edecek-455981662.html
Geomaqnit qasırğası bu tarixədək davam edəcək
Geomaqnit qasırğası bu tarixədək davam edəcək
Sputnik Azərbaycan
İyunun 15-də axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T22:35+0400
2023-06-16T22:35+0400
2023-06-16T22:35+0400
geomaqnit
dünya xəbərləri
qasırğa
https://cdnn1.img.sputnik.az/img/41815/39/418153919_0:0:2048:1153_1920x0_80_0_0_cd70b9bbcd16d8bb84c914a0d79e9275.jpg
BAKI, 16 iyun — Sputnik. Hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur. Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, Günəş küləyinin sürəti maksimum 681 km/san olub. Gözlənilən müsbət qütblü CH HSS-ə (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. Hazırda da geomaqnit qasırğası davam edir. 18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin davam edəcəyi gözlənilir. Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.(APA)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41815/39/418153919_190:0:2007:1363_1920x0_80_0_0_170407f91526f61efab495f3fbfc188f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
geomaqnit, qasırğa
Geomaqnit qasırğası bu tarixədək davam edəcək
İyunun 15-də axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib.
BAKI, 16 iyun — Sputnik. Hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, Günəş küləyinin sürəti maksimum 681 km/san olub.
Gözlənilən müsbət qütblü CH HSS-ə (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. Hazırda da geomaqnit qasırğası davam edir.
18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin davam edəcəyi gözlənilir.
Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.