CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ilin 5 ayında 4 tona yaxın narkotik qanunsuz dövriyyədən götürülüb

© Photo : State Border Service of Azerbaijan Republicİrandan Azərbaycana on kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana on kiloqram narkotik keçirilməsinin qarşısı alınıb - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatında əksini tapıb.
BAKI, 16 iyun - Sputnik. Bu ilin yanvar-may aylarında ümumilikdə müsadirə olunmuş 3 ton 765 kq 317,349 qr narkotik vasitələr qanunsuz dövriyyədən götürülüb.
"Report"un xəbərinə görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatında əksini tapıb.
Qeyd edilib ki, qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kq 279,554 qr-nı heroin, 1 ton 993 kq 649,769 qr-nı marixuana, 139 kq 597,411 qr-nı tiryək, 44 kq 235,402 qr-nı həşiş, 215 kq 818,084 qr-nı psixotrop maddələr, 2 kq 737,13 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi,eləcə də 1 kq 026,568 qr, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Xəbər lenti
0