https://sputnik.az/20230616/bakida-dunya-cempionu-hebs-edildi-455958985.html
Bakıda dünya çempionu həbs edildi
Bakıda dünya çempionu həbs edildi
Sputnik Azərbaycan
1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə)... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T13:34+0400
2023-06-16T13:34+0400
2023-06-16T13:34+0400
cəmiyyət
dünya çempionu
həbs
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455958810_0:0:640:361_1920x0_80_0_0_8dcc5613f9cfb45602255de4161f42a2.jpg
BAKI, 16 iyun — Sputnik. Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib. Dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib. Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə "Land Rover" markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən "Range Rover Sport" və "Bentley" markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib. Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib. Zərərçəkən şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq istədiyini də iddia ediblər. Hazırda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.(Qafqazinfo)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455958810_0:0:570:427_1920x0_80_0_0_4f0c645b6457621602a7ad1610107ccd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya çempionu, həbs
Bakıda dünya çempionu həbs edildi
1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
BAKI, 16 iyun — Sputnik. Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib.
Dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə "Land Rover" markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən "Range Rover Sport" və "Bentley" markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.
Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib.
Zərərçəkən şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq istədiyini də iddia ediblər.
Hazırda açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.