https://sputnik.az/20230616/bakida-120-den-cox-sagird-inkluziv-tehsile-celb-edilib-455956029.html
Bakıda 120-dən çox şagird inklüziv təhsilə cəlb edilib
Bakıda 120-dən çox şagird inklüziv təhsilə cəlb edilib
Sputnik Azərbaycan
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T14:01+0400
2023-06-16T14:01+0400
2023-06-16T14:01+0400
təhsil
şagird
inklüziv təhsil
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106139_0:0:3072:1728_1920x0_80_0_0_74a877ee79b3f39f8b187c3b166a2d39.jpg
BAKI, 16 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib. İdarədən verilən məlumatda bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir (APA). Qeyd edək ki, cari ilin fevral ayında inklüziv təhsilin təşkili qaydası təsdiqlənib. Bu barədə Nazirlər Kabineti müvafiq qərar verib. Qərarda diqqətçəkən bəndlər sırasında sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması, bundan başqa, inklüziv təhsil sinfində şagirdlərin sayının 22 nəfər müəyyənləşdirilməsidir. Qeyd edək ki, bir müddət öncə Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə 24 pilot məktəbdə inklüziv siniflər fəaliyyət göstərir: Qeyd eddək ki, inklüziv təhsil bir sıra ümumi təhsil müəssisələrində 2015-ci ildən pilot layihə qismində həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106139_341:0:3072:2048_1920x0_80_0_0_11024b6dbc9bcd006cf7f7dd35008e46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şagird, inklüziv təhsil
Bakıda 120-dən çox şagird inklüziv təhsilə cəlb edilib
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır.
BAKI, 16 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 ümumi təhsil müəssisəsində 129 şagird inklüziv təhsilə cəlb edilib.
İdarədən verilən məlumatda bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır.
Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir (APA).
Qeyd edək ki, cari ilin fevral ayında inklüziv təhsilin təşkili qaydası təsdiqlənib. Bu barədə Nazirlər Kabineti müvafiq qərar verib. Qərarda diqqətçəkən bəndlər sırasında sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması, bundan başqa, inklüziv təhsil sinfində şagirdlərin sayının 22 nəfər müəyyənləşdirilməsidir.
Qeyd edək ki, bir müddət öncə Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkəmizdə 24 pilot məktəbdə inklüziv siniflər fəaliyyət göstərir:
"Sağlamlıq imkanları məhdud uşaqların inklüziv siniflərdə xüsusi təhsil ehtiyaclarının qarşılanması üçün hər bir pilot məktəbdə loqopedik kabinet təşkil olunub. Loqoped-defektoloqla yanaşı məktəb psixoloqu da sağlamlıq imkanları məhdud uşaqların inklüziv mühitə uyğunlaşması üzrə bir sıra fəaliyyətlər həyata keçirir. Hazırda ölkəmizdə 24 pilot məktəbdə inklüziv siniflər fəaliyyət göstərir".
Qeyd eddək ki, inklüziv təhsil bir sıra ümumi təhsil müəssisələrində 2015-ci ildən pilot layihə qismində həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.