https://sputnik.az/20230616/azerbaycanda-mulki-pilotsuz-ucan-aparatlar-uzre-texniki-komite-yaradilib-455996555.html
Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb
Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb
Sputnik Azərbaycan
BAKI, 16 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T20:32+0400
2023-06-16T20:32+0400
2023-06-16T22:40+0400
azərbaycan xəbərləri
pua
david puasson
pilotsuz uçan aparat
pilotsuz uçuş aparatları
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445743642_0:0:1600:900_1920x0_80_0_0_6fe748ebfe0f3dabda05b302a95bb8bc.jpg
BAKI, 16 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Mülki pilotsuz uçan aparatlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 42) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin sədrliyi ilə ilk iclası keçirilib. Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu, Mülki Aviasiya Agentliyi, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi, Milli Aviasiya Akademiyası, "SINAM" MMC, "ATG" MMC, "İdrak Texnoloji Transfer" MMC və "İNTEGRİS" MMC-nin nümayəndələri iştirak ediblər. İclas zamanı son illər mülki pilotsuz uçan aparatları (PUA) və onların sistemlərinin inkişafı istiqamətində görülən işlər, Texniki Komitənin fəaliyyət istiqaməti ilə bağlı verilən təkliflər və fəaliyyət planına daxil olan standartlara dair ətraflı müzakirələr aparılıb. Qeyd edək ki, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə yaratdığı "Mülki pilotsuz uçan aparatlar" standartlaşdırma üzrə Texniki Komitənin əsas məqsədi sözügedən sahə üzrə beynəlxalq standartların tətbiqi və dövlət standartlarının hazırlanması, PUA-lara dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin formalaşdırılması, müvafiq tənzimləyici normativ sənədlərin hazırlanması, bu istiqamət üzrə beynəlxalq və regional standartlaşdırma fəaliyyətində iştirak etməkdir (APA).Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445743642_200:0:1400:900_1920x0_80_0_0_7f1fc3a8b7be928ab27d32f559ccd14d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pua, david puasson, pilotsuz uçan aparat, pilotsuz uçuş aparatları
pua, david puasson, pilotsuz uçan aparat, pilotsuz uçuş aparatları
Azərbaycanda "Mülki pilotsuz uçan aparatlar" üzrə Texniki Komitə yaradılıb
20:32 16.06.2023 (Yenilənib: 22:40 16.06.2023) BAKI, 16 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Mülki pilotsuz uçan aparatlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 42) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin sədrliyi ilə ilk iclası keçirilib.
Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu, Mülki Aviasiya Agentliyi, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi, Milli Aviasiya Akademiyası, "SINAM" MMC, "ATG" MMC, "İdrak Texnoloji Transfer" MMC və "İNTEGRİS" MMC-nin nümayəndələri iştirak ediblər. İclas zamanı son illər mülki pilotsuz uçan aparatları (PUA) və onların sistemlərinin inkişafı istiqamətində görülən işlər, Texniki Komitənin fəaliyyət istiqaməti ilə bağlı verilən təkliflər və fəaliyyət planına daxil olan standartlara dair ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Dövlət Mülki Aviasiya Agentliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə yaratdığı "Mülki pilotsuz uçan aparatlar" standartlaşdırma üzrə Texniki Komitənin əsas məqsədi sözügedən sahə üzrə beynəlxalq standartların tətbiqi və dövlət standartlarının hazırlanması, PUA-lara dair minimum təhlükəsizlik və keyfiyyət tələblərinin formalaşdırılması, müvafiq tənzimləyici normativ sənədlərin hazırlanması, bu istiqamət üzrə beynəlxalq və regional standartlaşdırma fəaliyyətində iştirak etməkdir (APA).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.