SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsini dayandırır

© AP Photo / Vahid SalemiAzərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.
BAKI, 16 iyun - Sputnik. 23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsini dayandırır.
Bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.
Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0