https://sputnik.az/20230615/xn-lacin-serhed-buraxilis-menteqesine-qarsi-herbi-texribati-qetiyyetle-pisleyirik-455937241.html
XİN: "Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatı qətiyyətlə pisləyirik"
XİN: "Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatı qətiyyətlə pisləyirik"
Sputnik Azərbaycan
Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq. 15.06.2023, Sputnik Azərbaycan
2023-06-15T12:00+0400
2023-06-15T12:00+0400
2023-06-15T12:00+0400
azərbaycan xəbərləri
xin
azərbaycan xin
laçın rayonu
sərhəd
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg
BAKI, 15 iyun - Sputnik. "İyunun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik".Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.Bildirilib ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır:"Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaq. Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq".
https://sputnik.az/20230615/ermenistan-lacin-serhed-buraxilis-menteqesini-atese-tutub-azerbaycan-serhedcisi-yaralanib-455933037.html
laçın rayonu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_171:0:2902:2048_1920x0_80_0_0_a41f024457513d606a08e05161350930.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, laçın rayonu, sərhəd, dövlət sərhəd xidməti
xin, azərbaycan xin, laçın rayonu, sərhəd, dövlət sərhəd xidməti
XİN: "Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatı qətiyyətlə pisləyirik"
Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq.
BAKI, 15 iyun - Sputnik. "İyunun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır:
"Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaq. Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq".