SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Pakistanın Baş naziri Bakıya heyranlığını gizlədə bilməyib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 15.06.2023
Abunə olmaq
Məhəmməd Şahbaz Şərif Bakının son dərəcə təmiz olduğunu, paytaxt tullantılarının emalı sahəsində təcrübəmizə Pakistanın ehtiyac duyduğunu qeyd edib.
BAKI, 15 iyun - Sputnik. Bakıya gələndə yolboyu gördüklərimin çox dərin təəssürat altındayam. Sizin gərgin əməyiniz, rəhbərliyiniz və baxışınız sayəsində Azərbaycanda böyük işlər görülüb.
Bu fikirləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında qeyd edib.
Pakistanın şəhər planlaşdırılması, yaşıllaşdırma sahələrində Azərbaycanın təcrübəsinə ehtiyac duyduğunu vurğulayan Baş nazir deyib:
“Şəhəriniz son dərəcə təmizdir. Tullantıların emalı məsələsi, yəni, bu sahədə təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edir”.
Şərif Azərbaycanın paytaxtı barədə təssüratlarını bölüşərkən həmçinin deyib:
"Ötən gecədən Bakıda gördüklərim Sizin (Prezident İlham Əliyevin – red.) baxışınızı, liderliyinizi və bu illər ərzində ölkənizi qurmaq üçün göstərdiyiniz dinamik səyləri əks etdirir. Ziddiyyətdən çəkinməyərək deyə bilərəm ki, indiyədək Bakıda gördüklərimin müqayisəsini apara bilərəm. Siz (Prezident İlham Əliyev – red.) bu şəhəri dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə edə bilərsiniz. Burada heç bir mübaliğə yoxdur”.
Xatırladaq ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib.
Görüşdən sonra Əliyev və Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 15.06.2023
SİYASƏT
Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir - İlham Əliyev
Xəbər lenti
0