SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Azərbaycan xalqını təbrik edib

© Official website of President of Azerbaijan Republicİyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 15.06.2023
Abunə olmaq
Türkiyə Prezidenti Twitter" hesabında yazıb ki, "qardaşımız, can dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm".
BAKI, 15 iyun - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bununla bağlı Türkiyə Prezidenti "Twitter" hesabında paylaşım edib.
"Qardaşımız, can dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını və sevgilərini çatdırıram", - paylaşımda qeyd olunub.
Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o vaxtkı iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0