https://sputnik.az/20230615/bas-prokuror-ermenistanin-texribat-xarakterli-addimlari-sulhun-berqerar-olmasina-maneedir-455950722.html
Baş Prokuror: Ermənistanın təxribat xarakterli addımları sülhün bərqərar olmasına maneədir
Baş Prokuror: Ermənistanın təxribat xarakterli addımları sülhün bərqərar olmasına maneədir
Sputnik Azərbaycan
Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb. 15.06.2023, Sputnik Azərbaycan
2023-06-15T21:54+0400
2023-06-15T21:54+0400
2023-06-15T21:54+0400
siyasət
kamran əliyev
baş prokuror
ermənistan
təxribat
ermənistanın təxribatları
sülh
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107331_0:319:3074:2048_1920x0_80_0_0_1636bdacb7350fb84a3b8b9ef2cb7897.jpg
BAKI, 15 iyun - Sputnik. “Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”.“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib.Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.Baş Prokuror iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə olduğunu bildirib.
https://sputnik.az/20230615/azerbaycan-rusiya-ve-ermenistan-bas-prokurorlarinin-ucterefli-gorusu-olub-455951487.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/04/425107331_0:0:2731:2048_1920x0_80_0_0_7305bb574d8e8fc664962acce345fd72.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kamran əliyev, baş prokuror, ermənistan, təxribat, ermənistanın təxribatları, sülh
kamran əliyev, baş prokuror, ermənistan, təxribat, ermənistanın təxribatları, sülh
Baş Prokuror: Ermənistanın təxribat xarakterli addımları sülhün bərqərar olmasına maneədir
Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.
BAKI, 15 iyun - Sputnik. “Ermənistanın təxribat xarakterli addımları bölgədə sülhün bərqərar olmasına maneədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında baş tutan üçtərəfli görüş zamanı deyib.
Onun sözlərinə görə, bu ilin aprel ayında Naxçıvanda hərbi qulluq keçən iki Azərbaycan əsgəri əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşərək Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Kamran Əliyev bildirib ki, əsir götürülən Azərbaycan hərbçilərinə qarşı saxta sübutlarla cinayət təqibi aparılıb.
Baş Prokuror iyunun 15-də Ermənistanın silahlı qüvvələri tərəfindən terror-təxribat-provokasiya əməllərini növbəti dəfə davam etdirilməklə müxtəlif çaplı odlu silahlardan ölkəmizin suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəşlərin açıldığını, nəticədə 1 nəfər hərbi qulluqçumuzun yaralandığını diqqətə çatdıraraq, bu kimi təxribat xarakterli addımların bölgədə sülhün bərqərar olmasına maneə olduğunu bildirib.