Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakı-Ankara münasibətlərinin yeni mərhələsi Moskva ilə üçtərəfli əməkdaşlığı gücləndirəcək

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə - Sputnik Azərbaycan, 1920, 15.06.2023
Abunə olmaq
Ərdoğanın Bakıya bu dəfəki səfəri həm də ikitərəfli iqtisadi əməkdaşlığın və üçüncü ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsi gözləntilərinə görə xüsusilə mühüm və simvolikdir.
BAKI, 15 iyun — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçildikdən sonra ənənəvi olaraq ilk xarici səfərlərini Şimali KiprAzərbaycana edib.
Ekspertlər hesab edirlər ki, Ərdoğanın Bakıya bu dəfəki səfəri həm də ikitərəfli iqtisadi əməkdaşlığın və üçüncü ölkələrlə qarşılıqlı əlaqələrin genişləndirilməsindən gözləntilərə görə xüsusilə mühüm və simvolik xarakter daşıyır.
Belə ki, Bakı və Ankara nəqliyyat, enerji, maliyyə və sosial-iqtisadi sahələrdə ikitərəfli layihələrlə yanaşı, regional təşəbbüslər üzrə də sıx əməkdaşlıq edirlər. Bu qarşılıqlı fəaliyyət Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra yeni təkan alıb.
Xatırladaq ki, Moskva və Ankara Azərbaycanın da iştirakçısı olacağı gözlənilən Türkiyədə qaz qovşağını işə salmağı planlaşdırır.
Bundan əlavə, nəqliyyat və logistika layihələri Azərbaycan-Türkiyə-Rusiya münasibətlərində əməkdaşlığın dərinləşməsi üçün əsas hərəkətverici amillərdən birinə çevriləcək.
Belə ki, məsələn, şərq və cənub istiqamətlərində Rusiya yük daşımalarının artması Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun inkişafına təkan verib. Ekspertlər hesab edirlər ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat marşrutu BTQ vasitəsilə "Şərq-Qərb" dəhlizi ilə birləşdirilərsə, bu, Xəzər regionunun mühüm nəqliyyat qovşağı kimi rolunu artıracaq.
Bakı və Ankara sanksiyalar fonunda Moskvanı dəstəkləməlidir
Türkiyənin İqtisadi Jurnalistlər Cəmiyyətinin rəhbəri Rəcəb Erçinin fikrincə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Bakı və Ankara Moskvanı dəstəkləməlidir.

"Bununla yanaşı, Rusiya imperialist təhdidlərinə qarşı nəhəng resurslarından istifadə etməkdən çəkinməyən ölkədir", - deyə Erçin "Sputnik Azərbaycan"a müsahibəsində bildirib.

"Biz həmişə Avropa Birliyinə tərəf baxırıq, lakin rus, türk və ərəb xalqları Avrasiyada öz iqtisadi inteqrasiya birliyini yarada bilərlər. Ölkələr arasındakı xarici iqtisadi hesablaşmalarda dollardan imtina edilməli, milli valyutalarla ticarət artırılmalıdır", - iqtisadçı ekspert belə hesab edir.
Azərbaycanla Türkiyə arasında əlaqələrin intensivləşməsi
Ekspertin sözlərinə görə, Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsindən sonra Azərbaycanla iqtisadi əlaqələrin daha da intensivləşməsi gözlənilir.
Erçin bildirib ki, tərəflər xüsusilə yeni nəqliyyat və logistika kommunikasiyalarının, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində işləri gücləndirəcəklər.

"Onu istifadəyə vermək lazımdır. Türkiyə tərəfi Zəngəzur dəhlizinin işə salınmasını çox fəal dəstəkləyir və maraqlıdır", - deyə ekspert sözünə davam edib.

Erçinin fikrincə, bundan əlavə, Azərbaycan nəhəng enerji resurslarına malikdir. Buna görə də, yəqin ki, investisiyaları yönləndirmək və Türkiyənin enerji tələb edən sahələrində istehsalları Azərbaycana köçürmək daha sərfəli olardı.
Eyni zamanda, iqtisadçı qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsi çərçivəsində bir sıra yeni layihələrin işə salınması gözlənilir.

"Məlumdur ki, Ankara və Bakının təşəbbüsü ilə Türk İnvestisiya Fondu yaradılıb. Ərdoğanın Azərbaycana səfəri zamanı bu fondun aktivləşdirilməsinin müzakirə olunacağı gözlənilir", - deyə Erçin bildirib.

İqtisadçı əlavə edib ki, bundan başqa, iki ölkə arasında ticarət və investisiya da mühüm məsələdir. Əvvəllər Azərbaycan ilə Türkiyə arasında imzalanmış və iki ölkənin ticarət dövriyyəsinin artmasına töhfə verən preferensial ticarət haqqında müqavilənin yeni mal və güzəştlər siyahısı vasitəsilə genişləndiriləcəyi gözlənilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0