https://sputnik.az/20230615/aparici-mugennilerimiz-elcatan-olduqlarindan-onlarin-konsertlerine-maraq-yoxdur-455703913.html
Aparıcı: "Müğənnilərimiz əlçatan olduqlarından onların konsertlərinə maraq yoxdur"
Aparıcı: "Müğənnilərimiz əlçatan olduqlarından onların konsertlərinə maraq yoxdur"
Sputnik Azərbaycan
Son zamanalar yerli müğənnilərimiz konsert versə də, konsert salonlarını doldurmaqda çətinlik çəkirlər. 15.06.2023, Sputnik Azərbaycan
2023-06-15T23:26+0400
2023-06-15T23:26+0400
2023-06-15T19:54+0400
aparıcı
mədəniyyət
konsert
müsabiqə
ulduz
sənətçi
xalq artisti
https://cdnn1.img.sputnik.az/img/42251/02/422510229_0:76:2462:1461_1920x0_80_0_0_7a215624c34faf31e9a2658a7e469f28.jpg
BAKI, 15 iyun — Sputnik. Pandemiyadan sonra Azərbaycana xarici ölkələrdən konsert vermək üçün gələn müğənnilərin sayı artıb. Konsertlərin ardı-arası kəsilmir. Keçirilən konsertlərin qiyməti əl yandırsa da, insanlarımız boğazından kəsib həmin konsert üçün bilet alır. Di gəl ki, öz müğənnilərimizin konsertin belə anşlaq keçmir. Görəsən, bunun səbəbi nədir? İnsanlarımız yerli müğənniyə dəyər vermir, yoxsa onların konserti tamaşaçılarımız üçün maraqlı deyil. Bunun səbəbini sənət adalarından soruşduq. Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarına hörmət edilmədiyindən şikayətlənib: "Öz sənətçilərimizə qoyduqları hörmət göz önündədir. Ümumiyyətlə sənətkarlara qiymət verilmir". Müğənni Mətanət Əsədova konsert vermək üçün gələnlərin canlı ifa oxuya bilmədiklərini deyib: "Kənardan gələn şirin olur. Ancaq bunu deyə bilərəm. Xaricilərə ödənilən pulun yarısını mənə versələr, 3 saat canlı oxuyaram. Onlar canlı oxumurlar. Oxuya da bilmirlər. Vəsait versinlər, 3 saat canlı oxuyum. Mənim vəsaitim olmadığı üçün konsert verə bilmirəm. Millətin musiqi zövqü korlanıb. Sənətkarlarımızı unudurlar". Müğənni Elnarə Xəlilova konsert biznesinin sırf təşkilatçılarla bağlı olduğunu söyləyib: "Təşkilatçı sponsor tapır, konserti təşkil edir və ifaçını dəvət edir. İfaçıdan yalnız qonorarın nə qədər olacağı, audio, video və məişət rayderi öyrənilir və konsert təşkil edilir. İfaçı da, təşkilatçı da qazanır. Bizim təşkilatçıların yalnız bir qorxusu ola bilər. O da bilet sata bilməmə qorxusudur. Xarici ifaçıların biletlərinin yüz faiz satılacağından əmindirlər. Çünki bizim tamaşaçı xarici ifaçıları nə toyda, nə də restoranda görmür. Ancaq nə qədər ki, Azərbaycan ifaçıları toylarda və restoranlarda ifa edəcəklər, bir o qədər də onların konsertini təşkil etmək bilet satışı baxımından çətinləşəcək". Xalq artisti Mənsum İbrahimov normal münasibət bəslədiyini deyib: "Mənim münasibətim normaldır. Çünki dünya artıq kiçik deyil. İstər biz gedib xarici ölkədə çıxış edək, istərsə də onlar gəlsinlər. Tələbat olduğu üçün onlar gəlirlər. Daha çox qardaş Türkiyədən gəlirlər. Bu da bizim türk musiqisinə olan yaxınlığımızla bağlıdır. Normaldır". M.İbrahimov yerli müğənnilərin ölkəmizdə konsert verməyə meyilli olmadığını qeyd edib: "Musiqi inteqrasiyadır. Onlar gəlib buradan nəsə öyrənirlər. Bizimkilər də gedib öyrənirlər. Mən də tez-tez gedirəm. Müğənnilər burada konsert verməyə meyilli deyillər. Çünki xeyir görmürlər. O baxımdan xaricə gedirlər". 2014-cü ildə "Start a fire" mahnısı ilə Danimarkada ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova qeyd edib ki, tamaşaçılar yerli sənətçiləri sevsələr, çox yaxşı olar: "Əslində bu barədə heç bir fikrim yoxdur. Bu barədə heç düşünməmişəm. Amma konsertlər varsa, insanlar gedirlərsə, konsert zalları dolursa, niyə də olmasın?! İnsanlar sevdiyi üçün gəlirlər. Amma yaxşı olardı ki, bizimkilər də tez-tez konsert versin. Kaş bizi də sevərdilər. Bizi də sevsəydilər, yaxşı olardı". Xalq artsiti Gülyanaq Məmmədova da həmkarları ilə həmfikirdir. Onun sözlərinə görə, ən böyük problem maliyyədir: "Mən Gülyaz xanımla pandemiyadan öncə ölkənin ən böyük konsert salonlarından olan Heydər Əliyev adına sarayda konsert verdik. Həmin konsertdə bir günlük konsert üçün o vaxt 18 min manat ödəmişdik. 5900 manat məşq vaxtı xərclədik. Hələ onun reklamı, geyimləri də var. Təbii ki, biz də istəyərdirk ki, konsertlər təşkil edək. Mən 1 uğurlu konsert verəndə o qədər dincəlirəm ki, o dincliyi 1 ay istirahət etsəm, ala bilmərəm. Mən tamaşaçıma bileti neçəyə satım ki, bundan gəlir əldə edə bilim?". Tanınmış teleaparıcı və ShowNews.az saytının təsisçisi İsa Şükürov bildirir ki, Azərbaycan müğənniləri əlçatan olduqlarına görə, onların konsertlərinə maraq yoxdur: "Bizim müğənniləri hər yerdə - şou-proqramlarda, toylarda, verilişlərdə görmək mümkündür. Ona görə də insanlarımızın onlara marağı yoxdu. Tamaşaçı onsuz da onları görür də hər yerdə. Bir də niyə gedib konsertə bilet alsın ki? Amma Hadisəni, Sibel Canı, Mahsun Kırmızıgülü həmişə görə bilmədiyinə görə, biletin qiyməti neçəyə də olsa, mütləq gedib alacaqlar. Bizdə isə öz müğənnilərimiz bir konsert verəndə həmişə arxa cərgələri camaat alır, ön cərgələri isə yerli media nümayəndələri, sənət yoldaşları tutur. Onlar da dəvətnamə ilə gəlir". İsa Şükürov onu da qeyd etdi ki, Azərbaycanda da sözün əsl mənasında ulduz sayılan sənətçilər var ki, onlar insanlar üçün əlçatan deyil: "Götürək elə Röyanı, Aygün Kazımovanı, onları adi restoranlarda, şou-proqramlarda görə bilmərik. Onların iştirak etdikləri toylar da adi deyil. Çox böyük qonarar alırlar, hansı ki o qonararı adi insanlar ödəyə bilməz. Türkiyənin şou-biznes nümayəndələrinə gəldikdə isə onlar toylara getmir, şou-proqramlara çıxmırlar. Onlara heç bir KİV yaxılaşa bilmir. Onlar müəyyən restiranlarda çıxış edirlər. Onun da qiyməti olduqca baha olur. Bundan başqa, onların toyları da bizimki kimi dəbdəbəli keçmir. Onların toyları olduqca sadə keçir. Bizdə isə ən kasıb insan da istəyir ki, toyunda tanınmış müğənni olsun" "O səs Türkiyə" və "O səs Azərbaycan" kimi müsabiqələrdə uğurla çıxış edən müğənni Pərvin Səfərov da İsa Şükürov kimi düşünür. Müğənninin fikrincə, sənətçi gərək əlçatan olmasın. O zaman onun dəyəri daha da artar: "Bizim müğənnilərimiz ancaq toy bazarını düşünür. Düşünürlər ki, toya gedim, qazancım olsun. Ona uyğun da mahnılar yazdırırlar. Ona görə də konsert verməyə ehtiyac duymurlar. Həm də öz üzərilərində işləmirlər. Yeniliyin dalınca qaçmırlar. Bir söz var, deyirlər filan müğənni xalqın içindən çıxıb, həmişə xalqın arasında olur. Xalqın içində olan, əlçatan müğənninin konsertinə heç vaxt tamaşaçı gedib baxmaz". Səfərovun fikrincə, yerli ulduzlarımıza marağın azalmasının digər səbəblərindən biri də sosial mediadır: "Sosial media bu gün günümüzün ayrılmaz hissəsidir. Təkcə sənət adamaları yox, siyasi liderlər də istifadə edir. Bu, dünyada da var, bizdə də. Baxır necə istifadə edirsən. Məsələn, bizim müğənnilər Tik-tok-da canlı açır, adi insanlar onlara nəsə yazır, müğənnilər də cavab verir. Ya da adi bir izləyicini canlıya qoşur. Beləliklə, tamaşaçının həmişə arzuladığı müğənni artıq əlçatmaz deyil. Elə müğənnilərimiz var ki, onlar hətta insanlarla mübahisə də edirlər. Amma xarici ulduzlar bunu etmir. Amma onlar da paylaşım edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/02/422510229_248:0:2436:1641_1920x0_80_0_0_da4cd92e04b296f0b32f2adfb5cb5ab5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aparıcı, konsert, müsabiqə, ulduz, sənətçi, xalq artisti
aparıcı, konsert, müsabiqə, ulduz, sənətçi, xalq artisti
Aparıcı: "Müğənnilərimiz əlçatan olduqlarından onların konsertlərinə maraq yoxdur"
Son zamanalar yerli müğənnilərimiz konsert versə də, konsert salonlarını doldurmaqda çətinlik çəkirlər.
BAKI, 15 iyun — Sputnik. Pandemiyadan sonra Azərbaycana xarici ölkələrdən konsert vermək üçün gələn müğənnilərin sayı artıb. Konsertlərin ardı-arası kəsilmir. Keçirilən konsertlərin qiyməti əl yandırsa da, insanlarımız boğazından kəsib həmin konsert üçün bilet alır. Di gəl ki, öz müğənnilərimizin konsertin belə anşlaq keçmir. Görəsən, bunun səbəbi nədir? İnsanlarımız yerli müğənniyə dəyər vermir, yoxsa onların konserti tamaşaçılarımız üçün maraqlı deyil. Bunun səbəbini sənət adalarından soruşduq.
Əməkdar artist Cavanşir Məmmədov sənət adamlarına hörmət edilmədiyindən şikayətlənib: "Öz sənətçilərimizə qoyduqları hörmət göz önündədir. Ümumiyyətlə sənətkarlara qiymət verilmir".
Müğənni Mətanət Əsədova konsert vermək üçün gələnlərin canlı ifa oxuya bilmədiklərini deyib: "Kənardan gələn şirin olur. Ancaq bunu deyə bilərəm. Xaricilərə ödənilən pulun yarısını mənə versələr, 3 saat canlı oxuyaram. Onlar canlı oxumurlar. Oxuya da bilmirlər. Vəsait versinlər, 3 saat canlı oxuyum. Mənim vəsaitim olmadığı üçün konsert verə bilmirəm. Millətin musiqi zövqü korlanıb. Sənətkarlarımızı unudurlar".
Müğənni Elnarə Xəlilova konsert biznesinin sırf təşkilatçılarla bağlı olduğunu söyləyib: "Təşkilatçı sponsor tapır, konserti təşkil edir və ifaçını dəvət edir. İfaçıdan yalnız qonorarın nə qədər olacağı, audio, video və məişət rayderi öyrənilir və konsert təşkil edilir. İfaçı da, təşkilatçı da qazanır. Bizim təşkilatçıların yalnız bir qorxusu ola bilər. O da bilet sata bilməmə qorxusudur. Xarici ifaçıların biletlərinin yüz faiz satılacağından əmindirlər. Çünki bizim tamaşaçı xarici ifaçıları nə toyda, nə də restoranda görmür. Ancaq nə qədər ki, Azərbaycan ifaçıları toylarda və restoranlarda ifa edəcəklər, bir o qədər də onların konsertini təşkil etmək bilet satışı baxımından çətinləşəcək".
Xalq artisti Mənsum İbrahimov normal münasibət bəslədiyini deyib: "Mənim münasibətim normaldır. Çünki dünya artıq kiçik deyil. İstər biz gedib xarici ölkədə çıxış edək, istərsə də onlar gəlsinlər. Tələbat olduğu üçün onlar gəlirlər. Daha çox qardaş Türkiyədən gəlirlər. Bu da bizim türk musiqisinə olan yaxınlığımızla bağlıdır. Normaldır".
M.İbrahimov yerli müğənnilərin ölkəmizdə konsert verməyə meyilli olmadığını qeyd edib: "Musiqi inteqrasiyadır. Onlar gəlib buradan nəsə öyrənirlər. Bizimkilər də gedib öyrənirlər. Mən də tez-tez gedirəm. Müğənnilər burada konsert verməyə meyilli deyillər. Çünki xeyir görmürlər. O baxımdan xaricə gedirlər".
2014-cü ildə "Start a fire" mahnısı ilə Danimarkada ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova qeyd edib ki, tamaşaçılar yerli sənətçiləri sevsələr, çox yaxşı olar: "Əslində bu barədə heç bir fikrim yoxdur. Bu barədə heç düşünməmişəm. Amma konsertlər varsa, insanlar gedirlərsə, konsert zalları dolursa, niyə də olmasın?! İnsanlar sevdiyi üçün gəlirlər. Amma yaxşı olardı ki, bizimkilər də tez-tez konsert versin. Kaş bizi də sevərdilər. Bizi də sevsəydilər, yaxşı olardı".
Xalq artsiti Gülyanaq Məmmədova da həmkarları ilə həmfikirdir. Onun sözlərinə görə, ən böyük problem maliyyədir: "Mən Gülyaz xanımla pandemiyadan öncə ölkənin ən böyük konsert salonlarından olan Heydər Əliyev adına sarayda konsert verdik. Həmin konsertdə bir günlük konsert üçün o vaxt 18 min manat ödəmişdik. 5900 manat məşq vaxtı xərclədik. Hələ onun reklamı, geyimləri də var. Təbii ki, biz də istəyərdirk ki, konsertlər təşkil edək. Mən 1 uğurlu konsert verəndə o qədər dincəlirəm ki, o dincliyi 1 ay istirahət etsəm, ala bilmərəm. Mən tamaşaçıma bileti neçəyə satım ki, bundan gəlir əldə edə bilim?".
Tanınmış teleaparıcı və ShowNews.az saytının təsisçisi İsa Şükürov bildirir ki, Azərbaycan müğənniləri əlçatan olduqlarına görə, onların konsertlərinə maraq yoxdur: "Bizim müğənniləri hər yerdə - şou-proqramlarda, toylarda, verilişlərdə görmək mümkündür. Ona görə də insanlarımızın onlara marağı yoxdu. Tamaşaçı onsuz da onları görür də hər yerdə. Bir də niyə gedib konsertə bilet alsın ki? Amma Hadisəni, Sibel Canı, Mahsun Kırmızıgülü həmişə görə bilmədiyinə görə, biletin qiyməti neçəyə də olsa, mütləq gedib alacaqlar. Bizdə isə öz müğənnilərimiz bir konsert verəndə həmişə arxa cərgələri camaat alır, ön cərgələri isə yerli media nümayəndələri, sənət yoldaşları tutur. Onlar da dəvətnamə ilə gəlir".
İsa Şükürov onu da qeyd etdi ki, Azərbaycanda da sözün əsl mənasında ulduz sayılan sənətçilər var ki, onlar insanlar üçün əlçatan deyil: "Götürək elə Röyanı, Aygün Kazımovanı, onları adi restoranlarda, şou-proqramlarda görə bilmərik. Onların iştirak etdikləri toylar da adi deyil. Çox böyük qonarar alırlar, hansı ki o qonararı adi insanlar ödəyə bilməz. Türkiyənin şou-biznes nümayəndələrinə gəldikdə isə onlar toylara getmir, şou-proqramlara çıxmırlar. Onlara heç bir KİV yaxılaşa bilmir. Onlar müəyyən restiranlarda çıxış edirlər. Onun da qiyməti olduqca baha olur. Bundan başqa, onların toyları da bizimki kimi dəbdəbəli keçmir. Onların toyları olduqca sadə keçir. Bizdə isə ən kasıb insan da istəyir ki, toyunda tanınmış müğənni olsun"
"O səs Türkiyə" və "O səs Azərbaycan" kimi müsabiqələrdə uğurla çıxış edən müğənni Pərvin Səfərov da İsa Şükürov kimi düşünür. Müğənninin fikrincə, sənətçi gərək əlçatan olmasın. O zaman onun dəyəri daha da artar: "Bizim müğənnilərimiz ancaq toy bazarını düşünür. Düşünürlər ki, toya gedim, qazancım olsun. Ona uyğun da mahnılar yazdırırlar. Ona görə də konsert verməyə ehtiyac duymurlar. Həm də öz üzərilərində işləmirlər. Yeniliyin dalınca qaçmırlar. Bir söz var, deyirlər filan müğənni xalqın içindən çıxıb, həmişə xalqın arasında olur. Xalqın içində olan, əlçatan müğənninin konsertinə heç vaxt tamaşaçı gedib baxmaz".
Səfərovun fikrincə, yerli ulduzlarımıza marağın azalmasının digər səbəblərindən biri də sosial mediadır: "Sosial media bu gün günümüzün ayrılmaz hissəsidir. Təkcə sənət adamaları yox, siyasi liderlər də istifadə edir. Bu, dünyada da var, bizdə də. Baxır necə istifadə edirsən. Məsələn, bizim müğənnilər Tik-tok-da canlı açır, adi insanlar onlara nəsə yazır, müğənnilər də cavab verir. Ya da adi bir izləyicini canlıya qoşur. Beləliklə, tamaşaçının həmişə arzuladığı müğənni artıq əlçatmaz deyil. Elə müğənnilərimiz var ki, onlar hətta insanlarla mübahisə də edirlər. Amma xarici ulduzlar bunu etmir. Amma onlar da paylaşım edir".