https://sputnik.az/20230614/yunun-14-u-umumdunya-qan-donoru-gunudur-455895411.html
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
Sputnik Azərbaycan
Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə... 14.06.2023, Sputnik Azərbaycan
2023-06-14T11:38+0400
2023-06-14T11:38+0400
2023-06-14T11:39+0400
qan
cəmiyyət
donor
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/12/425990763_0:105:3271:1944_1920x0_80_0_0_d3e0df1d1ac681c7c3530b036ddeee69.jpg
BAKI, 14 iyun — Sputnik. İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan orqanizmin birləşdirici toxumalarına aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. 2005-ci ilin mayında Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib. Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır. Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir. Hər il dünyada təxminən 118,5 milyon donor qeydiyyatdan keçir və onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir. Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür. Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması bu sahədə başlıca hədəflərdən biridir. Ölkəmizdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Hər il müxtəlif vaxtlarda, xüsusilə Aşura mərasimlərində kütləvi qanvermə aksiyaları keçirilir.(AZƏRTAC)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/12/425990763_269:0:3000:2048_1920x0_80_0_0_92b6eef648684b88e020abd314dbb1d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qan, donor, azərbaycan
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür
11:38 14.06.2023 (Yenilənib: 11:39 14.06.2023) Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.
BAKI, 14 iyun — Sputnik. İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan orqanizmin birləşdirici toxumalarına aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir.
2005-ci ilin mayında Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında iyunun 14-nün könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib. Həmin günün iyunun 14-də qeyd edilməsi məşhur Avstriya həkim-immunoloqu, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.
Ümumdünya Qan Donoru Gününün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirən həmin günün təsis edilməsinin təşəbbüskarı Ümumdünya Səhiyyə Təşkilatı, Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri, Beynəlxalq Donor Qanı Təşkilatı və Beynəlxalq Qanköçürmə Cəmiyyətidir.
Hər il dünyada təxminən 118,5 milyon donor qeydiyyatdan keçir və onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.
Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür. Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması bu sahədə başlıca hədəflərdən biridir.
Ölkəmizdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Hər il müxtəlif vaxtlarda, xüsusilə Aşura mərasimlərində kütləvi qanvermə aksiyaları keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.