Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Stalinqradın əks-sədası: itkilərindən şoka düşən Almaniya geri çəkilməyə yollar axtarır

© Sputnik / РИА НовостиUkrayna ordusunun məhv edilmiş tankı
Ukrayna ordusunun məhv edilmiş tankı - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Almaniya tərəfindən mayın sonunda Ukrayna Silahlı Qüvvələrinə verilən 60 ədəd "Leopard 2" tankının üçdə biri cəmi üç gün ərzində Rusiya əsgərləri tərəfindən məhv edib.
BAKI, 14 iyun — Sputnik, Kiril Strelnikov. Müharibə müxbirləri ilə dünənki görüşündə Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı ən azı 160 tank itirdiyini bildirib.
Bundan bir neçə saat əvvəl isə Almaniyanın müdafiə naziri Pistorius bəyan edib ki, Bundesver Rusiya Silahlı Qüvvələri tərəfindən vurulan, məhv edilən və ya ələ keçirilən bütün tanklara görə Ukraynaya kompensasiya verə bilməyəcək. Bu bəyanat Kiyev rejiminin nümayəndələrinin "Leopard" tanklarının "təchizatını üçqat artırmaq" isterik tələblərinə cavab idi.
Bu bəyanatın sətirləri arasında aydın oxumaq olar:
"Biz əlimizdən gələni etdik, amma siz bütün polimerlərə aşiq oldunuz və indi buna özünüz əlac edin".
Almanları başa düşmək olar: onlar öz tanklarını Ukraynaya heç cür göndərmək istəməyərək sona qədər müqavimət göstəriblər, çünki, çox gözəl bilirdilər ki, Ukraynanın tarlalarında yanan "Leopardlar" onların vundervafelləri üçün mümkün olan ən pis reklamdır. Almanları kürəklərindən çubuqla itələyən amerikalılar Ukraynaya "Abrams" tanklarından ibarət armada göndərəcəklərinə and içdilər, amma təbii ki, aldatdılar – hazırda isə Almaniya "dünyanın ən yaxşı" Qərb tank istehsalının xəcalətini təkbaşına çəkir.
© AFP 2024 / PATRIK STOLLARZLeopard 2 tankları, arxiv şəkli
Leopard 2 немецкий основной танк - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Leopard 2 tankları, arxiv şəkli
Hər şey çox yaxşı başlamışdı
Ukrayna Silahlı Qüvvələrinə "Leopard"larAın tədarükü ilə bağlı anonslar səslənən kimi Qərb mediasında rəsmi vakxanaliya başladı. Burada alman tankları göydən düşən hazır yemək kimi təqdim edildilər – onlar rus orklarının qoşunlarını bir zərbə ilə geri çevirə və Ukraynanın qələbəsini təmin edə bilərdilər. NATO tabloidləri "niyə rus əsgərləri Almaniyanın "Leopard 2" tanklarından qorxurlar?"və ya "Almaniyanın Ukraynaya tank göndərmək qərarı müharibədə əsas məqamdır" kimi başlıqlarla doldu.
Çoxsaylı mütəxəssislər qərb auditoriyasına izah etdilər ki, alman tanklarının axınının "müharibənin gedişatını dəyişmək potensialı var", "müasir qərb tankları düşmən mövqelərini məhv etmək baxımından rus tanklarını tam bir nəsil qabaqlayır ", "Alman tankları birmənalı şəkildə Rusiya tanklarından daha yaxşıdır", "çünki alman "Leopard 2" tankı öz hərəkətlilliyi, təhlükəsizliyi və atəş gücünə görə dünyanın ən yaxşı tanklarından biri hesab olunur.
Ancaq "dünyanın ən yaxşı tanklarından biri", nədənsə rus silahlarının və rus ruhunun öhdəsindən gələ bilmədi və son günlər məhv edilən və ya sıradan çıxarılan "Leopard"ların sayı artıq iyirmiyə yaxınlaşır. Bu, o deməkdir ki, Almaniya tərəfindən mayın sonunda Ukrayna Silahlı Qüvvələrinə verilən 60 ədəd "Leopard 2" tankının üçdə biri cəmi üç gün ərzində rus əsgərləri tərəfindən məhv edib.
Yanan "Leopardlar"la bağlı xəbərlər Qərb mediası üçün əsl soyuq duş oldu. Alman tanklarını görüb qaçan rus əsgərləri haqqında yazılar, Rusiya Müdafiə Nazirliyinin vurulan "Leopard"lar üçün verdiyi kombaynlar haqqında zarafatlar harasa buxarlandılar, bunun əvəzində yas və haqq qazanan məqalələr görünməyə başladılar:

"Onların arsenalında olan ən müasir döyüş tankları – Almaniya tərəfindən təchiz edilmiş "Leopard 2A6" və Britaniya istehsalı olan "Challenger 2" məhvedilməz deyil".

"Əsas döyüş tankları işğalçı qoşunların xəttini keçməyə kömək edir, lakin onlar möcüzəli silahlar deyil. Əlbəttə ki, "Leopard 2"lər də məhv edilir."
"Ukrayna ilk dəfə olaraq alman "Leopard 2" əsas döyüş tankınlarını döyüşə göndərdi və bu, fəlakətlə başa çatdı. Döyüş qrupunun itkisi Kiyevin məğlubiyyəti və Rusiyanın qələbəsidir".
Almaniyanın düşdüyü biabırçı vəziyyətdən əlavə, sırf iqtisadi amil də yaranın duzudur. Hər "Leopard 2" alman vergi ödəyicilərinə minimum 32 milyon dollara başa gəlir. Müqayisə üçün: tank əleyhinə raket olan "Kornet"in hər birinin qiyməti 80 min dollardan çox deyil ("Müqəddəs Javelina" - 600 min dollardır). Balans kimin istiqamətindədir, hətta Kliçko da başa düşür.
© Sputnik / Alexander Melnikov / Mediabanka keçid"Kornet" tank əleyhinə raket, arxiv şəkli
Военнослужащий армии Кувейта возле российского переносного противотанкового ракетного комплекса Корнет-Э на международной выставке вооружения и военной техники Gulf Defence & Aerospace-2017 в Эль-Кувейте - Sputnik Azərbaycan, 1920, 14.06.2023
"Kornet" tank əleyhinə raket, arxiv şəkli
İş o yerə çatıb ki, Ukrayna Silahlı Qüvvələrinə "beş gün ərzində NATO texnikasının müasir nümunələrinin itirilməsinə bəhanə tapmaq" tələbi ilə hədələyici göstərişlər gəlməyə başlayıb.
Onların bəhanələr tapacağı şübhəsizdir: Ukrayna Silahlı Qüvvələri hesabat sahəsində yaradıcılığı ilə məşhurdur.
Ancaq "Leopard"larla birlikdə "ölkə 404"ün tarlalarında hazırda bütün dəmir NATO internasionalının yanıb külə döndüyünü nəzərə alsaq, bunu etmək asan olmayacaq: Rusiya qoşunları cəmi bir neçə gün ərzində Finlandiya tərəfindən təchiz edilmiş "Leopard" Zirehli minalardan təmizləmə maşını, Fransız "AMX-10RC" tankları, Polşanın "Crab" özüyeriyən silahları, amerikan "MaxxPro" zirehli personal daşıyıcısı və "Bradley" Piyada döyüş maşını də daxil olmaqla bir neçə onlarla müxtəlif növ Qərb texnikasını məhv ediblər. Qərb mənbələrindən verilən məlumata görə, "əks-hücum"un üç günü ərzində sonuncuların 16 ədədi, yəni Ukraynaya çatdırılanların 15 faizi məhv edilib.
Ümumilikdə, müxtəlif mənbələrə görə, 2022-ci ilin fevral ayından Ukrayna Silahlı Qüvvələri dörd minə yaxın hərbi texnikanı itirib ki, bu da onların Qərb kuratorlarını dərin kədərə sürükləyir.
Fevral ayında Almaniya İqtisadiyyat Nazirliyi Ukraynaya əlavə 178 "Leopard 1A5" tankının ixracını təsdiqləyib, lakin hazırda – "Leopard"ların rəngli fəlakətdən sonra - bu tədarüklərin ya gecikdiriləcəyini, ya da ləğv ediləcəyini gözləmək olar.
Ancaq tədarüklər olsa da, bunun əhəmiyyəti yoxdur: biz bir daha göstərdik ki, heç bir qərb möcüzə silahı rus əsgərini məğlub edə bilməz. Və təkrar etmək lazım olarsa, təkrar edəcəyik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0