Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qəribli: Cənubi Qafqazda inteqrasiya davamlı iqtisadi inkişafı təmin edəcək

Abunə olmaq
İyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri başa çatıb. İki ölkənin iqtisadi inteqrasiyasının perspektivləri və planları haqqında daha ətraflı videomuzda izləyə bilərsiniz.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında ikitərəfli iqtisadi və siyasi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu barədə iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"Ərdoğan Cənubi Qafqaz ölkələri arasında iqtisadi əməkdaşlığın, eləcə də davamlı iqtisadi inkişafı təmin edəcək türk ölkələrinin iqtisadi və siyasi inteqrasiyasının güclənməsinə kömək edir", - deyə Qəribli bildirib.
İqtisadçı vurğulayıb ki, Türkiyənin ixrac strukturunda elm tutumlu istehsal, maşınqayırma və hərbi sənayenin payı artır. Ekspert əmindir ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın növbəti mərhələsi sənaye əməkdaşlığı olacaq.
"Bu gün regional inteqrasiya ölkələrə keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlməyə imkan verir. Nəqliyyat kommunikasiyalarının və yeni iqtisadi qarşılıqlı əlaqə qovşaqlarının açılması təkcə Azərbaycan üçün deyil, həm də digər region ölkələrinə, o cümlədən Ermənistan və İrana da faydalı olacaq", - deyə Qəribli fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0