https://sputnik.az/20230614/muellimler-etik-davranislari-nece-pozurlar-yaxud-hediyye-almaq-qeyri-etikdirmi-455877513.html
Müəllimlər etik davranışları necə pozurlar, yaxud hədiyyə almaq qeyri-etikdirmi?
Müəllimlər etik davranışları necə pozurlar, yaxud hədiyyə almaq qeyri-etikdirmi?
Sputnik Azərbaycan
Ekspertlərin fikrincə, ciddi nəzarət olarsa, direktorlar da üzərlərinə düşən öhdəlikləri yerinə yetirərlərsə, nöqsanlar sosial şəbəkələrə çıxmadan aradan... 14.06.2023, Sputnik Azərbaycan
2023-06-14T09:30+0400
2023-06-14T09:30+0400
2023-06-14T09:30+0400
müəllim
təhsil
kamran əsədov
"təhsil haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_0:0:3071:1728_1920x0_80_0_0_f33dd3ea0b90009d3c8f7cbdde9ff9fe.jpg
BAKI, 14 iyun — Sputnik. Bir neçə gün öncə Xırdalan 1 və 9 saylı məktəblərinin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəllimlərinə qızıl-zinət əşyası hədiyyə etmələrinə dair yayılan görüntülər sosial şəbəkələrdə də geniş rezonansa səbəb olub. Məsələ ictimailəşdikdən sonra həmin məktəblərin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Maraqlıdır, ötən ilin oktyabr ayından başlayaraq "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil olunsa da, 2023-2024-cü tədris ilindən şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənildiyi açıqlansa da, müəllimlərin etik davranış qaydaları məsələsi müzakirəyə çıxarılmır. Maraqlıdır, qanunvericilikdə müəllimlərin etik-davranış qaydaları ilə bağlı hansısa boşluq varmı və müəllimlərin peşə fəaliyyətini ləyaqətlə yerinə yetirmələri üçün nələrə diqqət edilməlidir? Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2014-cü ildə Nazirlər Kabineti tərəfindən müəllimlərin etik davranış qaydaları təsdiq olunub: "2009-cu ildə qəbul olunan "Təhsil haqqında" qanun, 2011-ci ildə qəbul edilən "Orta Ümumtəhsil Məktəblərinin nümunəvi nizamnaməsi"də müəllimlərin davranış qaydaları, vəzifə-öhdəlikləri, hüquqları geniş şəkildə əks olunsa da, bu, işlək deyil. Hətta müəllimlər işə qəbul olunan zaman da etik-davranış qaydalarına əməl etməklə bağlı and içirlər. Qanunvericilik kifayət qədər olsa da, işlək mexanizmi, nəzarəti yoxdur. Qanunların işləksizliyi bizim üçün ən ciddi problemdir". Ekspertin fikrincə, mütəmadi olaraq orta və ali təhsil müəssisələrində monitorinqlər aparılmalıdır. "Təəssüf ki, hansısa nöqsana yol verənlər cəzalandırılmır, qanunların işləkliyi təmin edilmir. Bunun üçün də nəzarət lazımdır", - deyə o, əlavə edib. K.Əsədov qeyd edir ki, hazırda mövcud normativ hüquqi aktlar kifayət qədərdir və əlavə nələrəsə ehtiyac yoxdur. Təhsil üzrə digər ekspert Elşən Qafarov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, davranış qaydaları təhsil alanla təhsil verən arasında münasibəti tənzimləyir: "Hər bir məktəbin öz fərdi nizamnaməsi olmalıdır. Bütün qaydalar orada da əskini tapmalıdır. Nizamnaməyə əməl etmək həm də bir öhdəlik kimi olmalıdır. Lakin məktəblərimizdə bu nizamnamə yoxdur. Məktəb direktorları da kollektivi vaxtı-vaxtında etik davranış qaydaları ilə tanış etməlidirlər. Təəssüf ki, direktorlar bunu etmir, maarifləndirici tədbirlər aparmırlar və lazım olan nüansları izah etmirlər". Ekspertin sözlərinə görə, etik davranış qaydaları kütləvi halda pozulur. "Sadəcə olaraq biz ictimailəşən halları görə bilirik. Bu, kütləvi yayılmış hallardan biridir. Müəllim peşə fəaliyyətinə mane olan hallara yol verməməlidir. Müəllimi o qaydalarla tanış etməyən məktəb direktoru inzibati xəta törədib", - deyə Qafarov əlavə edib. Ekspert bildirib ki, bu istiqamətdə silsilə tədbirlər aparılmadığı üçün hər hansı nəticə də əldə etmək mümkünsüzdür: "Nazirlik bu kimi hallara sistemli yanaşmalıdır. Yeri gəldikdə bu kimi halları təhsili idarə edən orqanlar özləri ictimailəşdirməlidirlər. Bizdə isə yalnız məsələ ictiamiləşəndən sonra müəyyən tədbir görülür". Qeyd edək ki, hazırda 4 min 462 ümumtəhsil məktəbində 152 min, 1 692 uşaq bağçasında isə 18 minə yaxın müəllim çalışır. "Təhsil haqqında" qanunun "Təhsilverənlərin hüquq və vəzifələri" bəndində qeyd olunur ki, müəllim etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümunəsi göstərməlidir. "Pedaqoji fəaliyyətlə məşğul olma" bəndində isə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_340:0:3071:2048_1920x0_80_0_0_38ee0af087f95267474cc6552e4c2f28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllim, kamran əsədov, "təhsil haqqında" qanun
müəllim, kamran əsədov, "təhsil haqqında" qanun
Müəllimlər etik davranışları necə pozurlar, yaxud hədiyyə almaq qeyri-etikdirmi?
Ekspertlərin fikrincə, ciddi nəzarət olarsa, direktorlar da üzərlərinə düşən öhdəlikləri yerinə yetirərlərsə, nöqsanlar sosial şəbəkələrə çıxmadan aradan qaldırıla bilər.
BAKI, 14 iyun — Sputnik. Bir neçə gün öncə Xırdalan 1 və 9 saylı məktəblərinin ibtidai siniflərinin buraxılış mərasimində valideynlərin ibtidai sinif müəllimlərinə qızıl-zinət əşyası hədiyyə etmələrinə dair yayılan görüntülər sosial şəbəkələrdə də geniş rezonansa səbəb olub.
Məsələ ictimailəşdikdən sonra həmin məktəblərin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub.
Maraqlıdır, ötən ilin oktyabr ayından başlayaraq "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil olunsa da, 2023-2024-cü tədris ilindən şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənildiyi açıqlansa da, müəllimlərin etik davranış qaydaları məsələsi müzakirəyə çıxarılmır.
Maraqlıdır, qanunvericilikdə müəllimlərin etik-davranış qaydaları ilə bağlı hansısa boşluq varmı və müəllimlərin peşə fəaliyyətini ləyaqətlə yerinə yetirmələri üçün nələrə diqqət edilməlidir?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2014-cü ildə Nazirlər Kabineti tərəfindən müəllimlərin etik davranış qaydaları təsdiq olunub: "2009-cu ildə qəbul olunan "Təhsil haqqında" qanun, 2011-ci ildə qəbul edilən "Orta Ümumtəhsil Məktəblərinin nümunəvi nizamnaməsi"də müəllimlərin davranış qaydaları, vəzifə-öhdəlikləri, hüquqları geniş şəkildə əks olunsa da, bu, işlək deyil. Hətta müəllimlər işə qəbul olunan zaman da etik-davranış qaydalarına əməl etməklə bağlı and içirlər. Qanunvericilik kifayət qədər olsa da, işlək mexanizmi, nəzarəti yoxdur. Qanunların işləksizliyi bizim üçün ən ciddi problemdir".
Ekspertin fikrincə, mütəmadi olaraq orta və ali təhsil müəssisələrində monitorinqlər aparılmalıdır.
"Təəssüf ki, hansısa nöqsana yol verənlər cəzalandırılmır, qanunların işləkliyi təmin edilmir. Bunun üçün də nəzarət lazımdır", - deyə o, əlavə edib.
K.Əsədov qeyd edir ki, hazırda mövcud normativ hüquqi aktlar kifayət qədərdir və əlavə nələrəsə ehtiyac yoxdur.
Təhsil üzrə digər ekspert Elşən Qafarov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, davranış qaydaları təhsil alanla təhsil verən arasında münasibəti tənzimləyir: "Hər bir məktəbin öz fərdi nizamnaməsi olmalıdır. Bütün qaydalar orada da əskini tapmalıdır. Nizamnaməyə əməl etmək həm də bir öhdəlik kimi olmalıdır. Lakin məktəblərimizdə bu nizamnamə yoxdur. Məktəb direktorları da kollektivi vaxtı-vaxtında etik davranış qaydaları ilə tanış etməlidirlər. Təəssüf ki, direktorlar bunu etmir, maarifləndirici tədbirlər aparmırlar və lazım olan nüansları izah etmirlər".
Ekspertin sözlərinə görə, etik davranış qaydaları kütləvi halda pozulur.
"Sadəcə olaraq biz ictimailəşən halları görə bilirik. Bu, kütləvi yayılmış hallardan biridir. Müəllim peşə fəaliyyətinə mane olan hallara yol verməməlidir. Müəllimi o qaydalarla tanış etməyən məktəb direktoru inzibati xəta törədib", - deyə Qafarov əlavə edib.
Ekspert bildirib ki, bu istiqamətdə silsilə tədbirlər aparılmadığı üçün hər hansı nəticə də əldə etmək mümkünsüzdür: "Nazirlik bu kimi hallara sistemli yanaşmalıdır. Yeri gəldikdə bu kimi halları təhsili idarə edən orqanlar özləri ictimailəşdirməlidirlər. Bizdə isə yalnız məsələ ictiamiləşəndən sonra müəyyən tədbir görülür".
Qeyd edək ki, hazırda 4 min 462 ümumtəhsil məktəbində 152 min, 1 692 uşaq bağçasında isə 18 minə yaxın müəllim çalışır.
"Təhsil haqqında" qanunun "Təhsilverənlərin hüquq və vəzifələri" bəndində qeyd olunur ki, müəllim etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı, ziyalılıq nümunəsi göstərməlidir. "Pedaqoji fəaliyyətlə məşğul olma" bəndində isə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.