https://sputnik.az/20230614/milli-meclisde-ulu-onderle-bagli-kitabin-ve-filmin-teqdimati-olub-455894629.html
Milli Məclisdə Ulu Öndərlə bağlı kitabın və filmin təqdimatı olub
Milli Məclisdə Ulu Öndərlə bağlı kitabın və filmin təqdimatı olub
Sputnik Azərbaycan
Kitabda Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Filmdə əsasən Heydər... 14.06.2023, Sputnik Azərbaycan
2023-06-14T11:08+0400
2023-06-14T11:08+0400
2023-06-14T11:08+0400
heydər əliyev ili
heydər əliyev
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442902063_0:0:1697:955_1920x0_80_0_0_d6e1dfdbe6aa783eb40faeeb308d840c.jpg
BAKI, 14 iyun — Sputnik. İyunun 14-də Milli Məclisin xüsusi iclasında 3 cildən ibarət "Heydər Əliyev və Azərbaycan parlamenti" kitabının və "Heydər Əliyev - Zamanın fövqündə" filminin təqdimatı olub. "Heydər Əliyev və Azərbaycan parlamenti" kitabı Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibətilə nəşr olunub. Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru isə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur. Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Bu stenoqramlar 30 ildə ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur. Kitabda Ulu Öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti və parlament diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı çox dəyərli fikirləri və separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual xarakterli fikirlər də əks olunub. Təqdimatı keçirilən, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən "Heydər Əliyev - Zamanın fövqündə" filminin ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi isə Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb. Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edilir. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı, SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyəti, bu dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi naminə parlamentdə görülmüş işlərdən, o cümlədən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində müstəqilliyin ilk illərində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir.Filmdə Ulu Öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirləri ilk dəfə nümayiş olunur. Onun parlamentə sədrlik etdiyi dövrdə müstəqilliyimizin gücləndirilməsi, ordu quruculuğu, neft strategiyası, demokratiyanın inkişafı sahəsində atdığı addımlar geniş əks olunub. Filmdə, həmçinin yüksək səviyyəli prezident-parlament münasibətlərindən və Heydər Əliyev siyasətinin təntənəsindən bəhs olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442902063_0:0:1697:1273_1920x0_80_0_0_2832de78fce99c6669c51a86620e1296.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heydər əliyev, milli məclis
heydər əliyev, milli məclis
Milli Məclisdə Ulu Öndərlə bağlı kitabın və filmin təqdimatı olub
Kitabda Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edilir.
BAKI, 14 iyun — Sputnik. İyunun 14-də Milli Məclisin xüsusi iclasında 3 cildən ibarət "Heydər Əliyev və Azərbaycan parlamenti" kitabının və "Heydər Əliyev - Zamanın fövqündə" filminin təqdimatı olub.
"Heydər Əliyev və Azərbaycan parlamenti" kitabı Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibətilə nəşr olunub.
Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru isə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur.
Kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi 4 ay ərzində keçirilmiş parlament iclaslarının stenoqramları nəşr olunub. Bu stenoqramlar 30 ildə ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur. Kitabda Ulu Öndərin müstəqilliyimiz, demokratiya, parlament mədəniyyəti və parlament diplomatiyası, ordu quruculuğu, neft strategiyası ilə bağlı çox dəyərli fikirləri və separatizmə qarşı mübarizəsi öz əksini tapıb. Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı parlament tribunasından səsləndirdiyi konseptual xarakterli fikirlər də əks olunub.
Təqdimatı keçirilən, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən "Heydər Əliyev - Zamanın fövqündə" filminin ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi isə Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb.
Filmdə əsasən Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edilir. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə Ali Sovetin deputatı, SSRİ Ali Sovetinin deputatı kimi fəaliyyəti, bu dövrdə onun təşəbbüsü ilə Azərbaycanın gələcəyi naminə parlamentdə görülmüş işlərdən, o cümlədən yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 3 ay 18 gün ərzində müstəqilliyin ilk illərində Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdən bəhs edilir.
Filmdə Ulu Öndərin Ali Sovetin tribunasından səsləndirdiyi bir sıra fikirləri ilk dəfə nümayiş olunur. Onun parlamentə sədrlik etdiyi dövrdə müstəqilliyimizin gücləndirilməsi, ordu quruculuğu, neft strategiyası, demokratiyanın inkişafı sahəsində atdığı addımlar geniş əks olunub. Filmdə, həmçinin yüksək səviyyəli prezident-parlament münasibətlərindən və Heydər Əliyev siyasətinin təntənəsindən bəhs olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.