Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İki həftəlik qiyməti min manatdan baha olan yay düşərgələrini necə əlçatan edə bilərik...

© Photo : RossotrudnichestvoNicdə uşaq düşərgəsi, arxiv şəkli
Nicdə uşaq düşərgəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Ökənin ən tanınmış təhsil şirkətlərinin biri tərəfindən Lerikdə təşkil olunan bir həftəlik yay məktəbinin qiyməti 750, on gün üçün 950, iki həftə üçün 1250 manat təşkil edir. Təxminən 3 aylıq yay tətilinin sadəcə iki həftəsi üçün valideyn 1250 manat xərcləməlidir.
BAKI, 14 iyun — Sputnik. Yay artıq gəlib. Sosial vəziyyəti yaxşı olmayan və işləyən validyenləri ən çox düşündürən məsələ isə "necə edim ki, övladımın yay tətili daha maraqlı keçsin?" sualıdır.
Valideynlər əsas çıxışı yolunu uşaqları yay düşərgələrinə cəlb etməkdə görürlər. Lakin təəssüf ki, hər kəsin buna imkanı çatmır. Belə ki, qiymtələrin yüksək olması yalnız imkanlı ailələrin uşaqlarına yayda əylənmək və dincəlmək imkanı verir.
Sovet dövründə uşaqların 3 aylıq yay tətilini daha səmərəli keçirmələri üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Lakin ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğal olunması nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanların bir hissəsi həmin düşərgələrdə yerləşməli oldular. Nəticədə yay düşərgələrinin fəaliyyəti tamamilə dayandırıldı.
Vəziyyət dəyişdikcə, qaçqın və məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdıqca düşərgələrin də bəziləri əvvəliki funksiyasına qayıtdı.
Yay düşərgələrinin hər kəsə əlçatan olması üçün nə edə bilərik?
Əvvəlcə yay məktəblərinin qiymətlərinə nəzər salaq:
Məsələn, ölkənin ən tanınmış təhsil şirkətlərinin biri tərəfindən Lerikdə təşkil olunan bir həftəlik yay məktəbinin qiyməti 750, on gün üçün 950, iki həftə üçün 1250 manat təşkil edir. Belə çıxır ki, təxminən 3 aylıq yay tətilinin sadəcə iki həftəsi üçün valideyn 1250 manat xərcləməlidir.
Qiymətlərə peşə fəaliyyətindən dil biliklərinədək hər şey, üstəlik qidalanma, qalmaq, yol xərci, ekskursiyalar, sosial fəaliyyətlər, üzgüçülük və sair bu kimi xidmətlər də daxildir.
Vəziyyətdən necə çıxış yolu tapmaq olar?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların yay məktəblərinə cəlb edilməsi çox önəmlidir. Bu müddət uşaq üçün unudulmaz xatirələr yaradır və o, istirahətini daha mənalı keçirir:
© Sputnik / Murad OrujovKamran Əsədov, arxiv şəkli
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Kamran Əsədov, arxiv şəkli
"Uşaqlar yay düşərgələrində həm əyləncəli keçirməli, həm də biliklərini daha da təkmilləşdirməli, möhkəmləndirməlidir. Bundan başqa, yeni biliklər əldə etməli və dincəlməlidir. SSRİ ödvründə tamamilə başqa cür idi, yay düşərgələri pulsuz idi. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi də yay məktəbləri təşkil etməlidir. Dövlət büdcəsinin vəsaiti hesabına da yay məktəbləri təşkil etmək olar. Uşaqlar üçün ayrılan tətil müddəti onlar üçün maraqlı olmalıdır".
Ekspert bildirir ki, heç də hamının şəraitinin yaxşı olmaması nəzərə alınmalıdır.

"Düşünürəm ki, burada dövlət öz mövqeyini ortaya qoymalıdır, aztəminatlı ailələr, tədrisdə uğurları olanlar da nəzərə alınmalıdır. Bu yay düşərgələrini şimal regionunda da təşkil etmək olar. Yaxud da mina təhlükəsi olmayan işğaldan azad olunmuş ərazilərdə də dövlət hesabına belə düşərgələr təşkil etmək mümkündür".

K.Əsədovun sözlərinə görə, özəl şirkətlərin kommersiya marağı öz yerində, amma qiymət siyasətində də dövlət mövqeyini nümayiş etdirməlidir.

"Yəni qiymətlər bu qədər fantastik həddə olmamalıdır. Dövlət belə şirkətləri vergidən azad etməlidir ki, onlar qimyətləri hamı üçün əlçatan etsinlər", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, dövlət tərəfindən pulsuz yay düşərgələri təşkil olunmasa da, uşaqları yenidən sinif otaqlarına cəlb etməklə yay məktəbləri təşkil olunur. Belə ki, 2022-ci ildə 275 ümumi təhsil müəssisəsində "Yay məktəbi” təşkil edilib.
"Yay məktəbi”nə ümumilikdə I-X sinifləri üzrə 19 827 şagird qoşulub. Ödənişsiz və könüllü əsaslarla keçirilən "Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.
© Sputnik / Murad OrujovRəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi", arxiv şəkli
Rəfael Hüseynov adına 49 №li İntellekt məktəb-liseydə Yay məktəbi təşkil olunub - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Rəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi", arxiv şəkli
"Yay məktəbi” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərində həyata keçirilən bir sıra layihələr davam etdirilib, şagirdlər üçün vətənpərvərlik, ekologiya və mina təhlükəsizliyi mövzularında maarifləndirici görüşlər keçirilib, həmçinin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, ingilis dili, robototexnika sahəsində bilik və bacarıqların artırılması, düzgün peşə seçimi istiqamətlərində tədbirlər baş tutub.
Yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat olmaqla, V-X siniflərdə tədris həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunur.
Qeyd edək ki, hazırda müxtəlif dövlət qurumlarının Həmkarlar İttifaqlarının nəzdində 4 yay düşərgəsi fəaliyyət göstərir. 3 ay ərzində bu düşərgələr 3400 şagirdi qəbul etmək imkanına malikdir.
Uşaqlar bu düşərgələrdə 21 gün müddətində qala bilərlər. Nabranda və Bakının Şüvəlan qəsəbəsində yerləşən "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var.
Övladlarını həmin düşərgələrə göndərmək istəyən valideynlər müvafiq Həmkarlar İttifaqına xərclərin 1 faizi həcmində pul ödəməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0