https://sputnik.az/20230614/beynelxalq-seyyahlar-qrupu-qarabag-ve-serqi-zengezurda-seferdedir-455886020.html
Beynəlxalq səyyahlar qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdədir
Beynəlxalq səyyahlar qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdədir
Sputnik Azərbaycan
Qrupa "Most Traveled People" təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. 14.06.2023, Sputnik Azərbaycan
2023-06-14T09:37+0400
2023-06-14T09:37+0400
2023-06-14T09:37+0400
azərbaycan xəbərləri
qarabağ
zəngəzur
səyyah
səfər
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945036_0:103:2000:1228_1920x0_80_0_0_a08ea4c74208f2476c441f66cdb85fbc.jpg
BAKI, 14 iyun - Sputnik. Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.Azərtac xəbər verir ki, beynəlxalq səyahətçilər ilk olaraq Ağdam rayonuna gəliblər. Onlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, Ağdam azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri, həmçinin minatəmizləmə əməliyyatları ilə yerində tanış olacaqlar. Dünya səyyahlarının Ağdamdan sonra Tərtər rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərləri nəzərdə tutulur.Qeyd edək ki, Qrupa MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək.Səfər həm də işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945036_114:0:1887:1330_1920x0_80_0_0_e1a87ff201ff412bea7380a3aace03f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, zəngəzur, səyyah, səfər
qarabağ, zəngəzur, səyyah, səfər
Beynəlxalq səyyahlar qrupu Qarabağ və Şərqi Zəngəzurda səfərdədir
Qrupa "Most Traveled People" təşkilatının rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir.
BAKI, 14 iyun - Sputnik. Dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Azərtac xəbər verir ki, beynəlxalq səyahətçilər ilk olaraq Ağdam rayonuna gəliblər. Onlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, Ağdam azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri, həmçinin minatəmizləmə əməliyyatları ilə yerində tanış olacaqlar. Dünya səyyahlarının Ağdamdan sonra Tərtər rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfərləri nəzərdə tutulur.
Qeyd edək ki, Qrupa MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək.
Səfər həm də işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.
Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.
Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.