Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisasların imtahanları keçiriləcək

© AZƏRTACAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binası
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binası - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Abituriyentlər Bakı üzrə iyunun 14-dən, regionlar üzrə isə iyunun 16-dan "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər.
BAKI, 14 iyun — Sputnik. İyunun 19-dan etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət tələb edən bədən tərbiyəsi və idman istiqaməti üzrə ixtisasların imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, abituriyentlər Bakı üzrə iyunun 14-dən, regionlar üzrə isə iyunun 16-dan "İmtahana buraxılış vərəqələri"ni çap edə bilərlər. Müvafiq cədvəl və cədvələ daxil edilməyən digər imtahanlar haqqında məlumatı DİM-in saytından əldə edə bilərsiniz.
İmtahanlar Bakı, Tovuz, İsmayıllı, Şərur və Naxçıvan şəhərlərində təşkil olunacaq.
Abituriyentlər buraxılış vərəqəsində göstərilən tarixdə ünvanı qeyd olunmuş imtahan binasına gəlməlidirlər. İmtahan binasına daxil olarkən abituriyent imtahana buraxılış vərəqəsi və şəxsiyyətini təsdiq edən sənədi və sağlamlıq haqqında – 086U formalı tibbi arayış (peşəyə yararlılıq haqqında həkim rəyi hissəsində "yararlıdır və ya sağlamdır" olmalıdır) təqdim etməlidir (abituriyentin şəxsiyyətini təsdiq edən sənədi olmadıqda şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini və ya ümumvətəndaş pasportunu təqdim edə bilər).
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim edirlər. Tələb olunan sənədi təqdim etməyən abituriyent imtahan binasına buraxılmır.
İmtahan binasına mobil telefon, "ağıllı" saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək qadağandır.
Abituriyent imtahana idman geyimi də gətirməlidir.
Qeyd edək ki, Bakı üzrə 6401, 152-ci komissiyaların və ixtisas imtahanlarının iyulun 17-dən sonra keçirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0