CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Ağstafa qatarı yeni qrafiklə hərəkət edəcək

© Official website of President of Azerbaijan Republicqatar
qatar - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir.
BAKI, 14 iyun — Sputnik. İyulun 3-dən "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Xatırladaq ki, marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir. Biletləri Dəmiryol vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirməyə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0