Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda inflyasiya proqnozu dəyişib

Abunə olmaq
2023-cü ilin yekunlarına görə, inflyasiyanın əvvəllər gözləniləndən daha yüksək olacağı proqnozlaşdırılır. Cari ilin nəticələrinə görə qiymət artımının proqnozları haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Dünya mərkəzi banklarının iki ilə yaxındır ki, azalda bilmədiyi sürətlənmiş qlobal inflyasiya Azərbaycana da güclü təsir göstərib. Belə ki, 2021-ci ilin yekunlarına əsasən, respublikada qiymət artımı 6,7% səviyyəsində qeydə alınıb. Artıq növbəti 2022-ci ildə ölkədə inflyasiya səviyyəsi 13,9%-ə yüksəlib.
Bu ilin yekunlarına görə, Azərbaycanda inflyasiyanın əvvəllər gözləniləndən daha yüksək olacağı proqnozlaşdırılır. Belə ki, bu ilin yanvar ayında Azərbaycan Respublikasının Mərkəzi Bankı respublikada orta illik inflyasiyanın 6,9% olacağını açıqlayıb.
Ötən həftə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib ki, bu il inflyasiyanın 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır.
Xəbər lenti
0