SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Özbəkistan XİN rəsmilərinin görüşündə beynəlxalq əməkdaşlıq müzakirə olunub

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
XİN Nazir Ceyhun Bayramovun Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşünə dair məlumat yayıb.
BAKI, 14 iyun - Sputnik. İyunun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının xarici işlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycanla Özbəkistan arasında tarixi dostluq və qardaşlıq üzərində qurulan ikitərəfli əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı perspektivlərini, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmasların gündəliklərindən irəli gələn məsələləri müzakirə ediblər.
Dövlətlərin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlığı və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayan Ceyhun Bayramov, Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimizin mövcudluğunu, habelə ticarət, sənaye, kooperasiya, turizm və digər sahələrdə ikitərəfli münasibətlərdə dinamik artım müşahidə edildiyini qeyd edib.
Nazir işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində Özbəkistan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib, bu xüsusda Füzuli şəhərində məktəb tikintisinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir müavini Babur Usmanov qəbula görə təşəkkür edərək Özbəkistanın dost və qardaş Azərbaycanla əlaqələrin daha da inkişaf etdirmək niyyətini vurğulayıb və bu istiqamətdə yeni imkanlardan bəhs edib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0