https://sputnik.az/20230614/azerbaycan-ordusunun-telim-ve-tedris-merkezinde-herbi-qulluqcularla-gorus-kecirilib-455915118.html
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçularla görüş keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçularla görüş keçirilib
Sputnik Azərbaycan
Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə şəxsi heyətin azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək mənəvi-psixoloji... 14.06.2023, Sputnik Azərbaycan
2023-06-14T20:41+0400
2023-06-14T20:41+0400
2023-06-14T20:41+0400
heydər əliyev ili
təlim
tədris
silahlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0e/455914936_0:112:987:667_1920x0_80_0_0_5b8d83671f287f1835ad45c138cbdac9.jpg
BAKI, 14 iyun — Sputnik. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas" və "Ehtiyat zabit hazırlığı" kurslarında "Tərbiyəvi işin təşkili" və "Psixoloq" ixtisasları üzrə təhsil alan zabit və kursantlarla görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov şəxsi heyətə bu ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlərin əhəmiyyətindən, eləcə də Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən danışıb. Görüşdə, həmçinin dinləyicilərə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətləri və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Ordumuzda həyata keçirilən islahatlar barədə məlumat verilib. Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə şəxsi heyətin azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək mənəvi-psixoloji hazırlığın təmin edilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib. Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0e/455914936_98:0:987:667_1920x0_80_0_0_6c65a3a43905f95739e238d99df8d22e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təlim, tədris, silahlı qüvvələr
təlim, tədris, silahlı qüvvələr
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi qulluqçularla görüş keçirilib
Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə şəxsi heyətin azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək mənəvi-psixoloji hazırlığın təmin edilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
BAKI, 14 iyun — Sputnik. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas" və "Ehtiyat zabit hazırlığı" kurslarında "Tərbiyəvi işin təşkili" və "Psixoloq" ixtisasları üzrə təhsil alan zabit və kursantlarla görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov şəxsi heyətə bu ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlərin əhəmiyyətindən, eləcə də Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən danışıb.
Görüşdə, həmçinin dinləyicilərə Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətləri və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Ordumuzda həyata keçirilən islahatlar barədə məlumat verilib.
Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə şəxsi heyətin azərbaycançılıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunması, yüksək mənəvi-psixoloji hazırlığın təmin edilməsi və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonda şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.