https://sputnik.az/20230614/abs-konqresinde-rusvet-meselesine-gore-baydeni-esrin-cinayetinde-ittiham-edibler-455851697.html
ABŞ Konqresində rüşvət məsələsinə görə Baydeni "əsrin cinayəti"ndə ittiham ediblər
ABŞ Konqresində rüşvət məsələsinə görə Baydeni "əsrin cinayəti"ndə ittiham ediblər
Sputnik Azərbaycan
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Taylor-Qrin bəyan edib ki, Bayden rüşvət aldığı üçün həbsxanaya göndərilməlidir. 14.06.2023, Sputnik Azərbaycan
2023-06-14T08:33+0400
2023-06-14T08:33+0400
2023-06-14T08:33+0400
abş konqresi
dünya xəbərləri
co bayden
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/41012/71/410127189_0:39:4720:2694_1920x0_80_0_0_4ed580e5c5caf6797221c280a8e63d03.jpg
BAKI, 14 iyun — Sputnik. ABŞ Prezidenti Co Baydenin Ukraynanın "Burisma" şirkətinin rəhbərliyi ilə əlaqəsi Amerika liderinin "əsrin cinayəti"ni törətdiyinə sübut ola bilər. Bunu konqresmen Ronni Cekson bildirib. "Əgər Federal Təhqiqat Bürosunda "Burisma"nın rəhbərinin Co Baydenlə söhbətlərinin audio yazıları varsa, onlar dərhal ictimaiyyətə açıqlanmalıdır! Bu, əsrin cinayətidir!" – deyə respublikaçı "Twitter"də yazıb. O əlavə edib ki, Bayden ölkənin bütün prezidentləri arasında "ən böyük cinayətkar"dır. Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Taylor-Qrin bəyan edib ki, Bayden rüşvət aldığı üçün həbsxanaya göndərilməlidir. Üstəlik, prezident dərhal impiçment proseduruna məruz qalmalıdır. Xatırladaq ki, iyunun əvvəlində Co Baydenin korrupsiya sxemində iştirak edə biləcəyi və ölkənin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə "Burisma"nın icraçı direktorundan 5 milyon dollar rüşvət ala biləcəyi barədə məlumatlar peyda olub. İddia olunur ki, bu məbləğə görə Bayden ona ödəniş edən tərəfin xeyrinə siyasi qərarların qəbul edilməsinə təsir göstərib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41012/71/410127189_539:0:4182:2732_1920x0_80_0_0_822a19a6eebaf4ea2b992ad849ea4bf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş konqresi, co bayden, abş prezidenti cozef bayden
abş konqresi, co bayden, abş prezidenti cozef bayden
ABŞ Konqresində rüşvət məsələsinə görə Baydeni "əsrin cinayəti"ndə ittiham ediblər
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Taylor-Qrin bəyan edib ki, Bayden rüşvət aldığı üçün həbsxanaya göndərilməlidir.
BAKI, 14 iyun — Sputnik. ABŞ Prezidenti Co Baydenin Ukraynanın "Burisma" şirkətinin rəhbərliyi ilə əlaqəsi Amerika liderinin "əsrin cinayəti"ni törətdiyinə sübut ola bilər.
Bunu konqresmen Ronni Cekson bildirib.
"Əgər Federal Təhqiqat Bürosunda "Burisma"nın rəhbərinin Co Baydenlə söhbətlərinin audio yazıları varsa, onlar dərhal ictimaiyyətə açıqlanmalıdır! Bu, əsrin cinayətidir!" – deyə respublikaçı "Twitter"də yazıb.
O əlavə edib ki, Bayden ölkənin bütün prezidentləri arasında "ən böyük cinayətkar"dır.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Taylor-Qrin bəyan edib ki, Bayden rüşvət aldığı üçün həbsxanaya göndərilməlidir. Üstəlik, prezident dərhal impiçment proseduruna məruz qalmalıdır.
Xatırladaq ki, iyunun əvvəlində Co Baydenin korrupsiya sxemində iştirak edə biləcəyi və ölkənin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə "Burisma"nın icraçı direktorundan 5 milyon dollar rüşvət ala biləcəyi barədə məlumatlar peyda olub. İddia olunur ki, bu məbləğə görə Bayden ona ödəniş edən tərəfin xeyrinə siyasi qərarların qəbul edilməsinə təsir göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.