https://sputnik.az/20230613/zengezur-dehlizinin-acilmasi-qacilmazdir---lham-eliyev-455867795.html
Zəngəzur dəhlizinin açılması qaçılmazdır - İlham Əliyev
Zəngəzur dəhlizinin açılması qaçılmazdır - İlham Əliyev
Sputnik Azərbaycan
Azərbaycan Prezidenti bildirib ki, bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T14:05+0400
2023-06-13T14:05+0400
2023-06-13T16:19+0400
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
siyasət
zəngəzur
zəngəzur dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455865952_0:52:1000:615_1920x0_80_0_0_212dc2265ca98109b37659a7b910078f.jpg
BAKI, 13 iyun — Sputnik. "Biz (Türkiyə Prezidenti ilə - red.) Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib. "Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək", - deyə dövlətimizin başçısı vurğulayıb. Türkiyə Prezidenti isə bildirib ki, Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək. Onun sözlərinə görə, Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır: "Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək. Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da müharibədən sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tünellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini göstərir. 20 il əvvəl Bakını və indi də Qarabağı düşünürəm".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455865952_56:0:944:666_1920x0_80_0_0_e7aae840eae3809b26b8c4a8594d0d96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, zəngəzur, zəngəzur dəhlizi
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, zəngəzur, zəngəzur dəhlizi
Zəngəzur dəhlizinin açılması qaçılmazdır - İlham Əliyev
14:05 13.06.2023 (Yenilənib: 16:19 13.06.2023) Azərbaycan Prezidenti bildirib ki, bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
BAKI, 13 iyun — Sputnik. "Biz (Türkiyə Prezidenti ilə - red.) Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.
"Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.
Türkiyə Prezidenti isə bildirib ki, Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır: "Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək. Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da müharibədən sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tünellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini göstərir. 20 il əvvəl Bakını və indi də Qarabağı düşünürəm".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.